Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:11

ABŞ-ın dəstəklədiyi qüvvələr Raqqanın ətraflarına daxil olub


Çarpaz atəş xəttinə düşən dinc əhali Raqqadan çıxmağa çalışır
Çarpaz atəş xəttinə düşən dinc əhali Raqqadan çıxmağa çalışır

Suriyanın ABŞ tərəfindən dəstəklənən ərəb-kürd koalisiyasının qüvvələri özünü İslam Dövləti adlandıran təşkilatın de facto paytaxtı və Suriyadakı son istehkamı Raqqa şəhərinin qərb ucundakı ərazini ələ keçiriblər.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupunun iyunun 9-da verdiyi məlumata görə Suriya Demokratik Qüvvələri (SDQ) habelə Raqqanın şərq ətraflarında irəliləyir.

Qrup bildirir ki, SDQ qüvvələri ABŞ koalisiyası hava qüvvələrinin zərbələrinin dəstəyi ilə Raqqanın qərbindəki Cəzrə rayonunu azad ediblər.

Bu da bildirilir ki, iyunun 8-də hava zərbələri nəticəsində bir internet kafedə səkkiz dinc sakin həlak olub.

Ümumiyyətlə, iyunun 8-də və iyunun 9-u səhər saatlarında endirilmiş hava zərbələri nəticəsində 7 başqa mülki də öldürülüb.

Bu arada BMT-nin uşaq agentliyinin verdiyi məlumata görə Raqqanın içərilərində 40 minə yaxın uşağın təhlükəli şəraitdə olduğu təxmin edilir.

UNICEF-in rəsmisi Geert Cappelaere deyib ki, uşaqlardan çoxu çarpaz atəş altına düşüblər və hər iki tərəf onların çıxışı üçün dəhliz verməlidir.

Ayrıca olaraq Rusiya hərbiyyəsi ABŞ koalisiyasını İŞİD döyüşçülərinə dəhliz verməkdə ittiham edib. Moskva bildirir ki, bu, boşalmış ərazinin Assad qüvvələri tərəfindən tutulmasının qarşısını almaq üçün edilir.

Suriyadakı Rusiya qoşunlarının komandanı general-polkovnik Sergei Surovıkin deyib ki, bu ayın əvvəllərində İD kürd qüvvələri ilə əldə olunmuş sövdələşməyə əsasən Raqqanın cənub-qərbindəki iki kəndi boşaldaraq Palmiraya tərəf hərəkət edib.

Başqa sözlərlə, Surovıkin ABŞ koalisiyası qüvvələrini “İD liderləri ilə əlaqələrdə” ittiham edib.

O deyib ki, bu sövdələşmələr əsasında cihadçılar nəzarətlərindəki əraziləri koalisiyaya təslim edib Assad qüvvələrinin əlində olan yerlərə doğru irəliləyirlər.

Surovıkinin iddiaları ilə bağlı Vaşinqtondan hələlik şərh verilməyib.

Suriyadakı Rusiya qüvvələri Assad rejimini, Birləşmiş Ştatlar isə bu rejimə qarşı döyüşən qiyamçıları dəstəkləyir.

Raqqa üzərinə hücumla yanaşı, İraqda İŞİD-in son istehkamı olan Mosul üzərinə də hücum davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG