Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:32

Ramil Usubovla bağlı plakat qaldıran mitinq iştirakçısına 20 sutka həbs verildi


Əziz Qəhrəmanov
Əziz Qəhrəmanov

Milli Şuranın oktyabrın 28-də keçirdiyi mitinqdə «Ramil Usubov, qardaşın qisasını qardaşdan almağı durdur» şüarı yazılmış plakat qaldıran Əziz Qəhrəmanova 20 sutka inzibati həbs cəzası verilib. O, polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə cəzalandırılıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Ə.Qəhrəmanov mitinqdə plakatı qaldırandan az sonra polislər onu əlindən alıb cırıblar.

Yaxınlarının sözlərinə görə, oktyabrın 30-da Ə.Qəhrəmanovun evinə yenə polislər gəlib. Gələnlər arasında Suraxanı rayonu, 30-cu polis bölməsinin rəis müavininin də olduğu bildirilir. Mitinq iştirakçısı bölməyə aparılsa da, bir xeyli vaxt onun haqqında yaxınlarına heç bir məlumat verilməyib. Sonradan məlum olub ki, Ə.Qəhrəmanov polisə müqavimətdə suçlanaraq məhkəmə qarşısına çıxarılıb. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibatı həbs cəzası verilib.

Ə.Qəhrəmanov vaxtilə Polis Akademiyasının tələbəsi olub. Dediyinə görə, o dövrdə qardaşı Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü olduğuna görə onu akademiyadan xaric ediblər.

«Şəxsən daxili işlər naziri Ramil Usubov özü məni kabinetində sorğu-sual elədi. Mənə də son sözü bu oldu ki, polis orqanlarına yaraşmırsan», - Ə.Qəhrəmanov belə deyir.

XATIRLATMA

Bəzi müxalifət partiyalarının birləşdiyi Demokratik Qüvvələrin Milli Şurası sentyabrdan kütləvi aksiyalara başlayıb. Sentyabrın 23-də, oktyabrın 7-də və 28-də paytaxtda «Talana yox» şüarı ilə aksiya keçirilib. Milli Şura rəhbərləri çıxışlarında bildiriblər ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir. Milli Şura rəhbərliyi hesab edir ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

Hakimiyyət təmsilçiləri isə bu iddiaları «yalan» adlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG