Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 18:25

Azərbaycanlı atlet Türkiyəyə qızıl qazandırdı


Ramil Quliyev

Əslən azırbaycanlı olan yüngül atlet Ramil Quliyev Türkiyə yığmasına növbəti uğur gətirib.

O, Parisdə keçirilən "Brilliant Liqa" yarışında qızıl medal qazanıb.

Ramil Quliyev 200 metrlik məsafəni 20,15 saniyə qət edərək birinci olub.

Hollandiyalı Şurandi Martina ( hurandy Martina) 20,27 saniyəyə göstərici ilə 2-ci, yamaykalı Raşid Duayer (Rasheed Dwye) isə 20,45 saniyə göstərici ilə 3-cü olub.

Qeyd edək ki, 27 yaşlı Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib.

Bunlara da bax: "Azərbaycanlı atlet Rio olimpiadasında yarımfinala çıxdı".

"Ramil Quliyev Avropa çempionatının yarımfinalında".

Xatırlatma

Ramil Quliyev 1990-cı il mayın 29-da Azərbaycan Bakıda doğulub.

İlk uğurlarını gənc yaşlarında Azərbaycanda qazanıb, 60, 100 və 200 metrlik məsafəyə qaçışlarda nailiyyətlər əldə edib.

İlk böyük uğurunu isə 2007-ci ildə Gənclərin Dünya Çempionatında qazanıb, gümüş medal.

2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. Ttəsnifat mərhələsində 20.78 saniyə nəticə ilə 1/4 finala adlayıb,1/4 finalda isə 20.66 saniyənəticə ilə 5-ci olaraq mübarizəni dayandırıb.

2009-cu ildə Yay Universiada Oyunlarında Serbiyanın Paytaxtında qızıl medal qazanıb.

2011-ci ildə Azərbaycan vətəndaşlığından imtina edərək Türkiyə vətəndaşlığını qəbul edir.

2013-cü ildə bu ölkədə keçirilən “Aralıq dənizi Oyunları”nda 100 və 200 metrlik məsafəyə qaçışda gümüş medal qazanır.

2015-ci ildə isə Ramil Quliyev Cənubi Koreyanın Kvanju şəhərindəkeçirilən Yay Universiada Oyunlarında bürünc medal qazandı.

2015-ci ildə Çində keçirilən Dünya Çempionatında mübarizə aparıb.

Təsnifat mərhələsində 20.01 saniyə nəticə ilə birinci olub, yarımfinalda isə 20.10 saniyə nəticə ilə finala adlayıb.

Amma finalda uğurlu çıxış edə bilməyib və 20.11 saniyə nəticə ilə 6-cı yeri tutub.

Buna baxmayaraq o 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG