Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:21

Şərhçi: 'Türkiyə səbirlə Ramil Quliyevin qalib gəlməsini gözlədi' [video]


Tofiq Bəhramov stadionu önündə narazılıq - Azarkeşlər bilet tapmır
Gözlə

No media source currently available

0:00 0:10:11 0:00

Ramilin Türkiyəyə getməsinin səbəbi, Tofiq Bəhramov stadionu önündə narazılıq, azarkeşlər bilet tapmır... bu və ya başqa mövzular bugünkü A-Live-da

Necə olur ki, Azərbaycan hökuməti beynəlxalq yarışlarda ölkə bayrağını qaldırmaq, medallar qazanmaq üçün xaricdən idmançılar gətirir, amma Azərbaycanın öz idmançısı başqa ölkəni təmsil edib dünya çempionu olur?

Avqustun 10-da Londonda, azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu oldu - o, 2009-cu ildən bəri Usain Bolt-a məxsus qızıl medalı qazandı. Bəs, bu cür potensialı olan idmançı Azərbaycanı niyə tərk etmişdi?

Buna da bax: Usain Bolt finalda yıxıldı [Video]

İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, Ramilin Türkiyəyə getməsinin səbəbi idmançının əməkhaqqının aşağı olması idi, bundan başqa ona təlim-məşq toplantıları üçün şərait yaradılmırdı:

Coşqun Eldaroğlu
Coşqun Eldaroğlu

"Ramil Quliyevin bir ayaqqabısının qiyməti 200 dollardır. Ona 700 manat maaş verilirdi. Bir idmançı bu qədər pulla yaşaya, böyük uğur qazana bilməz".

Şərhçi deyir ki, Türkiyə səbirlə Ramil Quliyevin qalib gəlməsini gözlədi, ona şərait yaratdı.

Ramil Quliyev Azərbaycandan gedəndən sonra, 2011-ci ildə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Lent.az-a müsahibəsində onu 'fərari' adlandırmışdı, demişdi ki, "qayıtsa da onu qəbul etməyəcəyik".

Buna da bax: Azərbaycan Olimpiya Komitəsinin vitse-prezidenti Ramilə 'fərari' demişdi

Çingiz Hüseynzadə avqustun 15-də Bakıda mətbuat konfransında deyib ki, Ramil Quliyevə şərait yaradılmaması barədə fikirlərlə razı deyil:

"Bircə onu qeyd etmək istəyirəm ki, Ramil yeganə idmançıdır ki, heç bir nəticə göstərmədiyi halda prezident ona ev verib. Federasiyanın təqdimatı ilə. Heç bir başqa idmançıya belə bir şey edilməyib. Ramil Quliyev Neftçidən ən yüksək maaş alan idmançı idi".

Çingiz Hüseynzadə deyir ki, Azərbaycanda doğrudan da məşq üçün problemlər var:

Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə

"İndi də manej soyuqdur, kifayət qədər qaçış yolu yoxdur, amma buna görə, federasiya məsuliyyət daşımır".

Buna da bax: Ramil Quliyev: ‘Elə bildim, 3-cü gəlmişəm’

Şərhçi Coşqun Eldaroğlu isə bu deyilənlərlə razılaşmır, deyir ki, məmur öz üzərindən məsuliyyəti atır, bütün hallarda infrastrukturun durumuna görə, hökumət məsuliyyət daşıyır.

Azərbaycandan gedib başqa bayraq altında qələbə qazanan yalnız Ramil Quliyev deyil.

Buna da bax: İlham Əliyev də Ramil Quliyevi təbrik edib

Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov isə Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yeri tutub.

Nicat Rəhimov qalib gələn zaman
Nicat Rəhimov qalib gələn zaman

İdman yazarı Coşqun Eldaroğlu deyir ki, Azərbaycanın idman siyasəti yanlışdır, onlar uzunmüddətli düşünmürlər, yerli idmançılara şərait yaratmırlar, asan yola qaçırlar- xaricdən baha qiymətə legioner gətirib milliləşdirməyə.

Buna da bax: Ramil Quliyev dünya çempionu oldu! (Müsahibəsi)

Çingiz Hüseynzadə isə bildirib ki, indiki mərhələ üçün Azərbaycana legionerlər lazım idi:

"Əgər bu ölkədə bu idman növü yeni başlayırsa, mütləq legionerlərə ehtiyac var. mütləq legionerlərin iştirakı ilə idmanın vəziyyətini qaldırmaq olar. İdmanı populyarlaşdırmaq üçün nəticə lazımdır. Mən inanıram ki, Ramil Quliyevdən sonra Azərbaycanda atletika ilə məşğul olanların sayı artacaq".

Buna da bax: Ərdoğan Ramil Quliyevi təbrik elədi

İdman şərhçisi Coşqun Eldaroğlu isə deyir ki, legionerlər hətta Azərbaycanda ən populyar olan idman növlərinə, məsələn, güləş idmanına da gətirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG