Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:07

Tacikistan prezidentinin oğlu paytaxt meri oldu


Foto arxiv
Foto arxiv

Tacikistan prezidenti Emomali Rahmon böyük oğlu Rustam Rahmonu Düşənbənin meri vəzifəsinə təyin edib.

Bunadək bu vəzifəni Makhmadsaid Ubaydulloev tuturdu.

Prezidentin yanvarın 12-də imzaladığı fərmanla o, vəzifəsindən azad edilib.

Prezidentin rəsmi saytı hələlik onun işdən azad edilməsi barədə məlumat yaymayıb.

Həmçinin prezidentin digər fərmanları ilə keçmiş merin bütün müavinləri işdən kənarlaşdırılıb və onların yerinə yeniləri təyin edilib.

Makhmadsaid Ubaydulloev son 20 il idi ki, şəhər meri idi.

1994-1997-ci illərdə ölkədə gedən vətəndaş müharibəsi dövründə hökumətin tərəfindən sülh danışıqlarında iştirak edib.

Ekspertlərin sözlərinə görə, o, son illərdə xalqa yaxın olmaq, xalqın səsini eşitmək və problemlərini həll etməyə çalışıb.

Ekspert Abdulmalik Kodirovun dediyinə görə, keçmiş mer son dövrlərdə şəhər sakinlərinin bir dənə də olsun şikayətini cavabsız qoymayıb.

Qeyd edək ki, Tacikistan prezidentinin demək olar ki, bütün övladları və yaxınları hazırda yüksək dövlət vəzifələri və gəlirli biznes sahələrinə nəzarət edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG