Keçid linkləri

2017, 19 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:07

-

Noyabrın 23-də Rafiq Tağının faciəli vəfatının 4-cü ildönümüdür.

Bu məqsədlə tanınmış yazarlar, media nümayəndələri, oxucular yazıçının məzarını ziyarət ediblər.

Şərif Ağayar
Şərif Ağayar

Tədbirdə şair Rasim Qaraca, jurnalistlər Əvəz Zeynallı, Rövşən Hacıyev, yazıçı Azad Qaradərəli və digərləri çıxış edərək Rafiq Tağının nəsr və publisistika yaradıcılığından söz açıblar.

Onun Azərbaycan maarifçiliyindəki yerini dəyərləndiriblər.

Nərmin Kamal
Nərmin Kamal

Daha sonra “Dalğa” Gənclər Təşkilatının həmtəsisçisi Ramin Hacılı çıxış edərək təşkilatın ənənəvi “Rafiq Tağı mükafatı”nı sahiblərinə təqdim edib.

Mükafatın builki sahibləri Azadlıq Radiosu "Oxu

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

​Zalı"nın redaktoru, yazıçı Nərmin Kamal, Kulis.az dərgisinin redaktoru, yazıçı Şərif Ağayar və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub.

Tədbirin sonunda R.Tağının ailə üzvləri ziyarətə gələn insanlara minnətdarlıq ediblər.

​Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı Azərbaycanda Avropa və ümumbəşəri dəyərlərin yayılması istiqamətində fəaliyyət göstərən Rafiq Tağının əziz xatirəsinə "Rafiq Tağı Mükafatı" təsis edib.

Mükafat ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən şəxslərə verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG