Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:39

'Radikallar'a qarşı Sumqayıt əməliyyatı


DTX
DTX

Sumqayıt şəhərində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb. Bu barədə AZƏRTAC hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, bu şəxslər hüquq-mühafizə orqanlarının iyulun 15-də keçirdikləri əməliyyatlar zamanı saxlanılıblar.

«Əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlaşdırıblarmış», - məlumatda deyilir.

***Buna da bax-Ş.Hacıyev: 'Hakimiyyət özünü bu ölkədə heç nə baş verməyəcəyinə inandırıb'

Bu şəxslərin fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsasında radikalların əlaqələrinin təsbit edildiyi, planlarının aşkarlandığı və bundan sonra əməliyyat başlandığı qeyd edilir.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsi olub.

***Buna da bax-Gəncə müəmması: Məmurların ziddiyyətli açıqlamaları, cavabsız suallar

Onun həbsindən sonra xəsarət aldığı görünən fotolar və polis idarəsində öldürülməsi haqda şayiələr yayılıb. Amma Y.Səfərov qısa video açıqlamasında ona işgəncə verilmədiyini, üzündəki xəsarəti polisə müqavimət göstərərkən aldığını deyib. Digər iddialarla bağlı münasibəti açıqlanmayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı 22 nəfərin həbs edildiyini, 8 nəfərin axtarışda olduğunu, axtarışda olanlardan bir nəfər – Rəşad Böyükkişiyevin polisə silahlı müqavimətə görə öldürüldüyünü bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG