Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 03:29

Rəsulzadənin 136 yaşı


M.Ə.Rəsulzadə

Bu gün, yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 136-cı doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının yaxınlığındakı Novxanı kəndində ruhani ailəsində doğulub. O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb. M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilmişdi. Həmin il bu münasibətlə ölkədə bir sıra rəsmi tədbirlər də keçirilib. Amma buna baxmayaraq, bəzi ekspertlər və müxalifət hesab edir ki, Rəsulzadəyə ölkədə ögey münasibət var. Onlar son illər Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Ə.Rəsulzadənin büstlərinin götürülməsini buna misal göstərirlər. Müxalifətin fikrincə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) bir çox aparıcı simalarının kommunist keçmişi Rəsulzadəyə layiqli qiymət verməyə mane olur. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

XS
SM
MD
LG