Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 17:28

Rəhim Qazıyevin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib


Rəhim Qazıyev

İyulun 14-də Səbail Rayon Məhkəməsi keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə Turana məhkəmədən məlumat verilib.

Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Jurnalist Əvəz Zeynallı isə bildirir ki, məhkəmə prosesində Rəhim Qazıyevin vəkillərinin iştirakına imkan verilməyib. Onun sözlərinə görə, 77 yaşlı keçmiş nazir həbsinə etiraz olaraq iyulun 13-dən quru aclığa başlayıb.

Rəhim Qazıyev iyulun 13-də Dövlət Təlükəszilik Xidmətinin əməkdaşları tərəfindən saxlanıb.

Qurumun məlumatına görə, o, iyulun 12-də və 13-də “Azərbaycan-Ermənistan sərhədində döyüş əməliyyatlarının aparıldığı bir vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər” yaymaqda ittiham olunur.

Məlumatda qeyd olunur ki, sabiq müdafiə nazirinin “ölkənin müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub".

Şərhlər

XS
SM
MD
LG