Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

“Quran”ı yandırmaqda suçlanan qızın anası ilə söhbət


Hajera Bibi
Hajera Bibi

-

Qızının azğınlaşmış kütlə tərəfindən öldürülməsindən 9 ay sonra da onun anası Hajera Bibi acısını ovundura bilmir.

Bu il martın 19-da 27 yaşlı Farkhunda Malikzada Əfqanıstan paytaxtında Quranın nüsxələrini yandırmaqda günahlandırılıb və ölümcül döyülüb. Sonra da üstündən maşınla keçirilib, yandırılıb.

Hajera Bibi Tacikstanda ailəsi ilə birgə yaşayır, Düşənbədə mənzil kiraləyib.

“ O, həmişə ağlımdadır, üzü gözümün qabağından getmir, sanki dünən idi”, Hajera Bibi AzadlıqRadiosuna deyir. O söyləyir ki, qızının ölümündən sonra saçları ağarıb.

Ana hələ də inana bilmir ki, bir qadını belə dəhşətli şəkildə öldürmək olar.

Farkhunda-nın ölümü Əfqanıstanın və dünyanın hər yerində qəzəbli etiraza səbəb olub.

Göz yaşlarını güclə saxlayan Hajera Bibi deyir ki, təhsil aldığı dini məktəbə getmək üçün evdən çıxıb, universitetdə hansısa formanı doldurmalıymış: “Günorta onunla telefonda danışdım, dedi ki, evə qayıdır”.

“Kağıza yazılmış ayələr xəstə sağaltmır”

Farkhunda evə dönərkən yolüstü dua etmək üçün dayanıb.

Hadisə zamanı çəkilmiş video (məqalə videodan sonra davam edir)

Əfqanıstanda Quran yandırdığı deyilən qadın döyülərək öldürülüb- [video]
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Şahidlərin sözlərinə görə, Farkhunda məscidin işçisi ilə mübahisə edib. Mübahisəyə səbəb işçinin onların xəstəliyini və ya problemini həll edəcəyini söyləyərək müştərilərə “Quran” ayələrinin yazıldığı kağız parçalarını satmaq istəməsi olub.

Farkhunda bunun İslama zidd olduğunu deyib. Həmin işçi isə adamları Farkhundanın üstünə qaldırıb, onu “Quran”ın nüsxəsini yandırmaqda suçlayıb.

Mobil telefonla çəkilmiş görüntülərdən Farkhunda-nın qəzəbli kütlə tərəfindən necə hücuma məruz qaldığı görünür.

Onun yandırılmış meyiti Kabul çayına atılıb. Və bu polisin gözü qarşısında baş verib.

“Deyin ki, qızınız ruhi xəstə olub”

Ailə əraziyə nəzarət edən polisin fəaliyyətsizliyindən narazı olub. Hajera Bibi deyir ki, hücum baş verən günün axşamı polisin onlara hər kəsə Farkhunda-nın ruhi xəstə olduğunu söyləməsi təklifindən heyrətə gəliblər. O deyir ki, qızının heç bir xəstəliyi olmayıb, “təhsilli, intektual və çox nəzakətli adam” idi, - Hajera Bibi deyir.

Polis ailəyə təhlükəsizlikləri üçün Kabulu tərk etmələrini məsləhət bilib.

Ailə Farkhundanın ölümündə günahlandırılan bir dəstə adamın, o cümlədən, 11 polisin məhkəməsi getdiyi 3 ay ərzində Kabulda və başqa şəhərdə qohumlarının evində qalıb. Məhkəmə araşdırması zamanı Farkhunda-nın nəyisə yandırmadığı məlum olub. Proses və mobil telefonla çəkilmiş görüntülər ölkə televiziyası ilə yayımlanıb.

Ancaq hadisə ailəni qorxudub. Hajera Bibi deyr ki, onun gənc qızları məktəbə getməyə qorxublar.

Cəhalət təhsilli ailəni didərgin salıb

Qadın ərinin Almaniyada mühəndislik oxuduğunu, Kabulda alman dili üzrə tərcüməçi kimi işlədiyini, qızlarının və oğullarının təhsilli olduğunu deyir.

Ailə yayda Tacikistanın paytaxtına köçüb. Hajera Bibi deyir ki, onlar ailələrinə burda yaşamaq imkanı veridiyi üçün Tacikistan hakimiyyətinə təşəkkür edirlər.

O, Düşənbədə qadınların çalışdığını və sülh içində öz həyatlarını yaşaya bildiklərinə diqqət çəkib deyir ki, əfqan qadınlarının əziyyətlərini düşünür. “Bir çox əfqan qadını tez-tez amansız rəftarla, məişət zorakılığı ilə üzləşır”, - deyir.

Hajera Bibi oktyabrda Əfqanıstan əyalətində daş-qalaq edilərək öldürülən 19 yaşlı Rukshana adlı qızı xatırlayır.

Əfqanıstan Apelyasiya məhkəməsi Farkhunda-nın qətli ilə bağlı verilən ölüm hökmünü və uzunmüddətli həbs cəzasını ləğv edib.

Ailə bu qərardan narazıdır, Hajera Bibi-nin əri və qızları bu yaxınlarda Kabula səfər edib vəkillə və əfqan hakimiyyəti ilə vəziyyəti müzakirə edib.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG