Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:57

Qorxu filmlərindəki 16 məşhur


Jack Nicholson
Jack Nicholson

Elə aktyorlar var ki, onların adları populyar qorxu filmləri ilə assosiasiya olunur. Jack Nicholson və «The Shining», yaxud da Lupita Nyong'o, Jordan Peele və «Us» filmi kimi. Ancaq çox sayda məşhur aktyor var ki, qorxu janrında çəkilən filmlərlə tanınmasa da, belə filmlərdə rol alıblar.

Jennifer Lawrence 2012-ci ildə «The House at the End of the Street» adlı qorxu filmində çəkilib. Eyni ildə o, «The Hunger Games» filmində Katniss roluna çəkilib. «The House at the End of the Street» yeni məhəlləyə köçmüş ana və qızı haqqındadır. Yeni evə köçəndən az sonra onlar qonşularının evində qorxunc şeylərin baş verdiyini anlayırlar.

Sleşer janrını məsxərəyə qoyan film

Amy Adams karyerasının başlanğıcında, 2000-ci ildə «Psycho Beach Party» adlı komik qorxu filminə çəkilib. Filmi çəkənlər «çimərlik partisi» janrını və 1960-cı illərə aid sleşer janrını məsxərəyə qoymaq məqsədi güdüblər. Qeyd edək ki, sleşer (slasher) qorxu filmlərinin bir qanadıdır. Belə filmlərdə, bir qayda olaraq, psixopat izləmə və qətl səhnələri olur.

Mila Kunis 2002-ci ildə çəkilmiş «American Psycho 2: All American Girl» filmində killer rolunu oynayıb. Kunis-in personajı prestijli müəllim köməkçisi yerini əldə etmək üçün hər şey etməyə hazırdır. Film «American Psycho» sikvelinin bir hissəsidir.

15 il öncə, 2005-ci ildə Ryan Reynolds 1979-cu ildə çəkilmiş «The Amityville Horror» qorxu filminin rimeykində çəkilib. Onun oynadığı George Lutz ailəsi ilə birlikdə yeni evə köçür və bu evdə illər öncə qorxunc qətlin baş verdiyini öyrənir. Eyni filmdə Chloë Grace Moretz də rol alıb. O, Lutz-un gözünə ölülər görünən kiçik qızını oynayır.

Təxminən15 il bundan əvvəl Paris Hilton «House of Wax» filminə çəkilib. O, 2005-ci ildə çəkilmiş bu filmdə Paige adlı kollec tələbəsini oynayır. Onu digər tələbələrlə birlikdə mum heykəllər muzeyində boğurlar, o da muzeyin eksponatına çevrilməmək üçün vuruşmalı olur. Bu filmdə onunla birlikdə Chad Michael MurrayElisha Cuthbert də rol alıblar.

Robert De Niro
Robert De Niro

Robert De Niro da qorxu filmində çəkilib

Brad Pitt karyerasının ilk vaxtlarında, 1989-cu ildə «Cutting Class» adlı qara komediyada çəkilib. Film yuxarı sinif şagirdlərini qətlə yetirən qatil haqdadır.

Robert De Niro 2005-ci ildə «Hide and Seek» adlı qorxu filmində çəkilib. De Niro-nun oynadığı David Callaway arvadının ölümündən sonra həyatını toparlamağa çalışır, eyni zamanda da, qızına qulluq edir. Dakota Fanning-in oynadığı qızı isə tənhalığa qapılıb, öz xəyali dostu ilə ünsiyyətdədir.

Jon StewartSalma Hayek 21 il bundan öncə «The Faculty» filmində çəkiliblər. Jon Stewart fizika müəllimini, Salma Hayek-sə tibb bacısını oynayır. «The Faculty» müəllimlərinin gizli yadplanetli olmasından şübhələnən tələbələr haqda fantastik qorxu filmidir. Filmdə onlardan başqa Elijah Wood UsherJosh Hartnett kimi gələcək məşhurlar da rol alıb.

Renée ZellwegerMatthew McConaughey 1994-cü ildə «Texas Chainsaw Massacre: The Next Generation» filmində çəkiliblər. Zellweger buraxılış gecəsini tez tərk edən və qatillərlə üzləşən yeniyetmələrdən biri olan Jenny-ni oynayır. Matthew McConaughey isə Vilmer adlı qatili oynayır.

Paul Rudd, Demi Moore...

Paul Rudd 1995-ci ildə çəkilmiş «Halloween 6: The Curse of Michael Myers» adlı qorxu filmində Tommy Doyle-u oynayır. Filmdə Michael Myers adlı qatil Tommy Doyle-u öldürmək üçün qayıdır.

Demi Moore hələ «Ghost» filmindən də əvvəl, 1982-ci ildə Robert Glaudini ilə birlikdə «Parasite» adlı fantastik qorxu filmində çəkilib. Filmdə bir cinayətkar təşkilat təsadüfən qorxulu parazit yaradır.

Naomi Watts 1996-cı ildə «Children of the Corn: The Gathering» filmində çəkilib. Watts bu filmdə Grace Rhodes adlı tibb tələbəsini oynayır. Grace Nebraskadakı evinə qayıdanda kənddəki bütün uşaqların müəmmalı bir xəstəliyə yoluxduğunu görür. Tamaşaçılar Naomi Watts-u daha çox «The Ring» və «Mulholland Drive» trillerlərindən tanımış ola bilərlər.

Jennifer Aniston 1993-cü ildə «Leprechaun» adlı komik qorxu filmində rol alıb. Film qəddar qnomun qızılını oğurlamış ailədən qisas alması haqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG