Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

İqlim konfransı – ‘son ümid’


Romada G20 sammiti zamanı nümayişlər keçirilib
Romada G20 sammiti zamanı nümayişlər keçirilib

“Bəşəriyyət iqlim dəyişikliyi məsələsində çoxdan gecikib. Gecəyarısına bir dəqiqə qalır və biz elə indi hərəkətə keçməliyik”

Dünyanın qlobal istiləşməni yavaşıtması üçün zamanı tükənir. Belə bir xəbərdarlıqla noyabrın 1-də Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT iqlim sammitində Britaniyanın Baş naziri Boris Conson çıxış edəcək.

1.5 dərəcə

Conson ölkələri artıq verdikləri vədlərdən artığını etməyə, qlobal istiləşməni 1.5 dərəcə səviyyəsində saxlamaq hədəfi üçün tədbir görməyə səsləyəcək.

“Bəşəriyyət iqlim dəyişikliyi məsələsində çoxdan gecikib. Gecəyarısına bir dəqiqə qalır və biz elə indi hərəkətə keçməliyik”, – Conson COP26 iqlim sammitinin açılış mərasimində deyəcək. Baş nazirin ofisi onun çıxışından bəzi hissələri yayıb.

Oktyabrın 31-də start götürmüş sammitdə BMT-nin iqlim idarəsinin başçısı Patrisia Espinoza deyib ki, hökumət liderləri iki seçim qarşısında qalıblar: ya qaz emissiyalarını kəskin azaldaraq icmalara kömək etməlidirlıər, ya da “bəşəriyyətin bu planetdə qaranlıq keçmişini qəbul etməlidirlər”.

Espinoza və Conson durumun ciddiliyini vurğulayıblar. “Qlazqoda alınmasa, iş bütünlükdə alınmayacaq”, – Conson deyib.

Emissiyaları yarıbayarı azaltmaq

İqlim sammiti “1.5 dərəcəyə nail olmağımız üçün sonuncu, ən yaxşı ümiddir”, – bunu isə Britaniya hökumətinin iqlim danışıqlarını aparan naziri Alok Şarma söyləyib.

Alimlərin fikrincə, qlobal istiləşməni 1.5 dərəcə Selsini keçməyə qoymamaqla iqlim dəyişikliyinin ən pis təsirləri önlənə bilər.

Oktyabrın 31-də Böyük İyirmiliyin (G20) Roma samiti çərçivəsində mətbuat konfransında Conson deyib ki, dünyanın 2030-cu ilədək emissiyaları yarıbayarı azaltmasına dair elmin mövqeyi aydındır.

“Yubanmağımıza heç bir vacib izahat yoxdur”, – o bildirib.

G20 liderləri yekun bəyanatda qlobal istiləşməni məhdudlaşdırmaqdan ötrü “mənalı və effektli” tədbir görməyə çağırsalar da, az sayda konkret öhdəlik götürüblər. Əsas iş COP26 sammitinə qalıb.

XS
SM
MD
LG