Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:32

İqtisadçı : “İstəyirlər bazara lap 10 polis qoysunlar,...”


Bakıda bazar (Arxiv)
Bakıda bazar (Arxiv)

Bu günlər İstanbulda olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı layihənin ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacağını bildirib.

Nazir Səlim Müslümov xatırladıb ki, 2017-ci il iyunun 1-dən “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklər edilib:

“Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Hər ilin əvvəlində əvvəlki ilinəməkhaqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əməkhaqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq. Həmin səviyyəyə uyğun olaraqəmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik. Yeni dəyişikliklərə görə,artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab prezidentin müvafiq sərancamına görə artırılırdı. Sığorta hissəsi isəölkədə infliyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq, baza hissəsi deyilən bir anlayışyoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı. Bu indeksləşdirmədə ölkədə orta aylıq əməkhaqqının illik artımının faizi əsas götürülüb”.

Nazirin söylədiklərində yeni bir şey görməyən bəzi iqtisadçılar buna sosial şəbəkələrdə mənfi reaksiya veriblər.

Onlar ölkədə pensiya və maaşların indeksləşdirməsinin qanunvericiliyə uyğun aparılmadığını söyləyiblər. Həmin iqtisadçılar bildiriblər ki, son aylar ərzaq mallarının qiymətlərinin hər həftə artmasının qarşılığında maaş və pensiyalar çox aşağıdır.

Buna da bax: Qiymətləri artıran gözəgörünməz əl kimindir

Ərzağı bahalandıran gözəgörünməz əl kimindir?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

“Qanunvericilik normaldır, sadəcə, tətbiq olunmalıdır”

Hüquqşünas Elnur Əliyev AzadliqRadiosuna açıqlamasında “Gəlirlərin və əmanətlərin indeksləşdirməsi haqqında” qanunu xatırladaraq sənədin özündə iki məsələni ehtiva etdiyini bildirib:

“Gəlirlərin və əmanətlərin indeksləşdirilməsi. Gəlirləri əməkhaqqı və pensiyaya böldükdə, ikincidə indeksləşdirmədə problem yoxdur. Hər il pensiya indeksləşdirilir və prezidentin bu barədə müvafiq sərəncamı var. Amma əməkhaqqının indeksləşdirilməsi hissəsində boşluq var, nəticədə qanun tətbiq olunmur. Halbuki, buna zərurət var”.

Hüquqşünas bildirib ki, qanuna görə, il ərzindəinflyasiya 5 faizdən artıq olarsa, o zaman gəlirlərin vəəməkhaqqının indeksləşdirilməsi həyata keçirilməlidir. Amma bugünə qədər əməkhaqlarının indeksləşdirilməsinə rast gəlinməyib.

“Düzdür, qiymətlərin son vaxtlar artması qarşısında indeksləşdirmə çevikliyi praktik olaraq mümkün deyil. Belə çıxır ki, dövlətin gündəlik istehlak qiymətlərinin artımına reaksiya verməyə çoxlu işçisi olmalıdır. Amma qanunvericiliyə görə 5 faizdən artıq inflyasiya varsa, indeksləşdirmə olmalıdır”.

Rəsmi statistikaya görə, hazırda inflyasiya 14 fizə çatıb. Elnur Əliyev deyir ki, bu qarşılanmalıdır.

“Qanunvericilik normaldır, sadəcə, tətbiq olunmalıdır. Pensiya sahəsində ildə bir dəfə tətbiq edilir,əməkhaqlarında və müavinətlərədə müəyyən problemlər olur”.

“Məqsəd qiyməti qaldırmaqyox,aşağısalmaq olmalıdır”

Milli Məclisin İqtisadi və sosial siyasət komitəsinin keçmiş sədri Əli Əlirzayev də “Gəlirlərin və əmanətlərin indeksləşdirməsi haqqında” qanunu xatırladaraq deyib ki, bu sənədə əsasən dövlət müxtəlif tədbirlər həyata keçirməlidir.

Onun fikrincə, gəlirlərin artımı ilə qiymətlərin artımıarasında müəyyən tənzimlənmə olmalıdır ki, bu alıcılıq qabiliyyətinə mənfi tısir göstərməsin:

“Bu qanunun bütövlükdə işlıdiyini deməkdə çətinlikçəkirəm. Bəli, bəzi qanunların tətbiqində problem ola bilər, amma bu qanun reallaşmalıdır.”

Əli Əlirzayev bildirib ki, inflyasiyanın artımı qədər pensiyalar qalxmalıdır:

“Əgər ümumi daxili məhsul (ÜDM) artırsa (rəsmi statistikaya görə azalır-AR), iqtisadiyyat inkişaf edirsə, gəlirlər çoxalırsa, bunlardan əhalinin payı da artmalıdır. Yaşayış minimumu indi 146 manatdır. Vaxt var idi bu, 85-90 manat idi. İldən-ilə bu məsələlərə baxılır və ayrı-ayrı sahələrdə müəyyən indeksasiya gedir”

Keçmiş deputat deyib ki, qiymətlərin artmasında inhisarçılq və başqa amillər rol oynayır:

“Məqsəd qiyməti qaldırmaq yox, aşağı salmaq olmalıdır. Bəli, inzibati yolla bu mümkünsüzdür, istəyirlər bazara 10 polis qoysunlar, başqa yerdə qalxacaq. Qiyməti azaltmaq üçün istehsalıgücləndirmək lazımdır, bununla paralel maya dəyər endirilməlidir. Ümumi yanaşdıqda çörəyin, ətin vəyağın qiymətinin artması əhaliyə təsir edir, bu artım dollarla bağlıdır. Çünki valyuta ilə alırlar. Problem ondadır ki, qiymət dəyişməsində biznesmen yox, istehlakçı uduzur. Bunun üçün dövlət rəqabəti gücləndirməlidir. Hələ qazın və suyun qiyməti artırılanda demişdim ki, bu əgər əhalinin 60-70 faizinə təsir etmirsə, buna getmək olar. Bir daha deyirəm, qanun var, onu işlətmək üçün şərait yaratmaq lazımdır.Əgər işləmirsə, buna cavab vermək vacibdir, çatışmazlıqlar aradan qaldırılmalıdır. Bunlar həyata keçsə, effekti olacaq”.

Buna da bax: Yerevanda da ərzaq kəskin bahalaşır

Yerevanda da ərzaq kəskin bahalaşır
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG