Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:08

ABŞ narahatdır


John Kirby, 20 aprel 2016

"ABŞ Azərbaycan məhkəmələrinin geniş şəkildə siyasimotiv hesab olunan narkotik maddələrin saxlanılmasında ittiham olunmuş N!DA hərəkatının fəalları Bayram Məmmədovla Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır. Biz, həmçinin, onların saxlanılan müddətdə pis rəftar olunmaları iddialarından narahatıq".

Bu bəyanatla ABŞ Dövlət departamentinin sözçüsü John Kirby çıxış edib.

ABŞ Azərbaycan hökumətini fundamental azadlıqlardan yararlandıqlarına görə həbs olunan Bayram Məmmədovla Qiyas İbrahimovu və digər şəxsləri azad etməyə çağırır.

Gənc fəallar Bayram Məmmədov və Giyas İbrahimov, may 2016
Gənc fəallar Bayram Məmmədov və Giyas İbrahimov, may 2016

"Biz, həmçinin, Azərbaycan hökumətini dünən Ali Məhkəmə tərəfindən jurnalist Xədicə İsmayılovaya qarşı ölkədən çıxma qadağasına dair qərarını və onun barəsində yerdə qalan ittihamları aradan qaldırmağa çağırırıq”, -deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG