İyulun 31-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu və yağmursuz olacağı bildirilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir.
Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.
Buna da bax: Havanı içməli suya çevirən aparat ixtira edilib