Qırğızıstan müxalifətinin aparıcı liderlərindən biri olan Omurbek Tekebaev İstanbuldan gələrkən Bişkek aeroportunda saxlanıb.
Tekebaev Vyanada ATƏT-in Parlament Assambleyasında iştirak edirdi.
O, prezident Almazbek Atambaev-in keçmiş müttəfiqi olub. Prezident Konstitusiyaya dəyişikliklər təklif edəndən sonra ona qarşı müxalifətçiliyə keçib.
Tənqidçilər hesab edirlər ki, bu düzəlişlər 2017-ci ildə səlahiyyət müddəti başa çatan Atambaev-in müttəfiqlərinin hakimiyyətə yolunu açacaq.
Tekebaev 2010-cu ildə baş nazirin müavini olarkən rüşvət və korrupsiya hallarına yol verməsi ittihamları ilə üzləşib.
Ata-Meken partiyasının sədri Tekebaev bu ittihamları rədd edir.
Onun partiyasının iki deputat üzvünə qarşı da ittihamlar irəli sürülüb.