Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Qırğzıstanda çinli miqrantlara qarşı etiraz aksiyası keçirilib


Yanvarın 7-də Bişkekdə 300-dək fəal ölkədə çinli miqrantların artmasına etiraz olaraq aksiya keçirib
Yanvarın 7-də Bişkekdə 300-dək fəal ölkədə çinli miqrantların artmasına etiraz olaraq aksiya keçirib

Qırğızıstan paytaxtında 300-dək fəal ölkədə çinli miqrantların artmasına etiraz olaraq aksiya keçirib.

Yanvarın 7-də Bişkekin Mərkəzi meydanında keçirilən etiraz aksiyasının iştirakçıları hakimiyyətdən ölkədəki qanunsuz çinli miqrantların deportasiya olunmasını tələb ediblər.

Onlar habelə qırğız vətəndaşları ilə evlənənlərə avtomatik Qırğızıstan vətəndaşlığı verilməsinə dair qaydaların ləğvinə çağırıblar.

Etirazçılardan Zholdoshbek Orozov AzadlıqRadiosuna deyib ki, “Qırğızıstan rəhbərliyi adamlarla məsləhətləşmədən Çindən kreditlər alıb və ölkəni Çindən asılı edib”.

Nümayişçilər habelə Çinin şimal-qərbindəki Sintzyan əyalətindəki “tərbiyə düşərgələrində” saxlanılan qırğızlara dəstək ifadə ediblər.

BMT avqust ayında bildirmişdi ki, qırğızlar, qazaxlar və uyqurlar da daxil bir milyonadək müsəlman Çindəki “antiekstremizm mərkəzlərində” saxlanır.

BMT bunu da bildirib ki, milyonlarla insan zorla “tərbiə düşərgələrinə” salınıb.

Çin bu mərkəzlərin həbs düşərgələri olduğu barədə iddiaları təkzib edir.

Uyqurlar Sintzyan əyalətinin ən çoxsaylı köklü etnik qrupudur. Onlardan sonra sayca qazaxlar, qırğızlar, taciklər və huey adı ilə tanınan dunqanlar gəlir.

Çinin ən böyük etnik qrupu olan hanlar Sintzyanda sayca ikinci böyük icmadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG