Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:09

Qırğızıstan milli papağa dövlət statusu verməyə hazırlaşır


Qırğızıstan martın 5-ni rəsmi Kalpak Günü kimi qeyd edir.

Ənənəvi milli qırğız papağı – kalpak tezliklə ölkənin rəsmi mədəniyyət simvolu statusu qazana bilər.

Milli papağın statusunu rəsmən qaldıracaq qanunun qarşıdan gələn günlərdə parlamentdə qəbul ediləcəyi gözlənilir.

Bu qanuna görə kalpak və “ak kalpak” kimi tanınan baş geyimi “dövlət bayrağı, gerb və dövlət himni ilə yanaşı” rəsmi rəmz kimi tanınacaq.

Əgər qanun layihəsi qəbul edilərsə, onda ölkə prezidenti, baş nazir, kabinet nazirləri və millət vəkilləri xarici səfərlər və rəsmi tədbirlər zamanı icbari qaydada başlarına kalpak qoymalı olacaqlar.

Yeni qanun habelə milli papağın rəsmi mərasimlərdə geyinilməsini Qırğızıstanın idman və mədəniyyət işçiləri üçün də məcburi edir.

Qanun layihəsində kalpak “qırğız xalqının mədəni irsinin mühüm elementi” kimi tanınır. Beləliklə kalpak milli status aldıqdan sonra ona göstərilən hörmətsizlik də qanunla cəzalandırılacaq. Buna görə cərimədən başlamış bir il müddətində məhbusluğadək cəzalar tətbiq ediləcək.

2017-ci il dekabrında keçirilən it sərgisində yapon cins iti Şina İnuya geyindirilmiş kalpak cəmiyyətdə hiddət doğurmuşdu.

Bu hadisə ilə əlaqədar paytaxt Bişkəkin müxtəli yerlərində etiraz aksiyaları keçirilmişdi. İnsidentdən bir neçə ay sonra millət vəkilləri Ekmat Baybakpaev və Bakirdin Subanbekov “kalpak qanunu” adlanan layihəni təqdim etmişdilər.

Qanun habelə hökuməti kalpakdan qaydasınca istifadə edilməsinə, onun istehsalı, satışı və ixracına nəzarətə təhkim edir.

Sənəddə bu da qeyd olunur ki, kalpak yalnız “təmiz yundan toxunmuş parçadan” tikilə bilər.

Qırğız ənənələrinə görə kalpaka daim hörmətlə yanaşılıb. Məsələn adətlərə görə kalpakı yerə və ya kiminsə ayağının yanına qoymaq olmaz.

Qırğızıstan martın 5-ni rəsmi Kalpak Günü kimi qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG