Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:05

Müstəqil QHT-lər alternativ forum yaradır


QHT yığıncağı (arxiv fotosu)

Bu ilin sonunadək vətəndaş cəmiyyətinin müstəqil nümayəndələrindən ibarət Açıq Hökumət Forumunun yaradılması gözlənilir.

Bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, hazırda mövcud olan Açıq Hökumət Tərəfdaşlığı üzrə dialoq platformasında “vətəndaş cəmiyyətinin real nümayəndələri təmsil olunmayıb”.

Q. İbadoğlunun fikrincə, bu platformanı açıq adlandırmaq olmaz.

Buna da bax:​ 'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'

“O, sentyabrda yaradılıb, lakin bu məsələ ilə məşğul olan QHT-lərin bir çoxu kənarda qalıb”, - o qeyd edib.

Qubad İbadoğlunun sözlərinə görə, indi belə təəssürat yaranır ki, hökumət özü-özü ilə dialoq aparmaq istəyir.

“Biz, müstəqil QHT nümayəndələri gözləmə mövqeyi tutduq və hökumətə vaxt verdik ki, vəziyyəti düzgün qiymətləndirərək düzgün qərarlar qəbul etsin. Təəssüf ki, bu, olmadı”, - o bildirib.

Q.İbadoğlunun deməsinə görə, hökumət hesab edir ki, belə tərkiblə beynəlxalq legitimliyə nail olmaq olar. Odur ki, əvvəlki siyasəti davam etdirir.

Buna da bax: Hökumət-QHT Dialoqu Platforması yaradılıb

İqtisadçı vurğulayır ki, yeni Forumun nizamnaməsi üzərində müxtəlif sahələri təmsil edən 20-dən çox QHT işləyir.

“Qısa müddətdə vətəndaş cəmiyyətinin müstəqil nümayəndələrindən ibarət açıq hökumət Forumu yaradılacaq”, - o, qeyd edib.

Sentyabrda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” təsis olunub.

Platformada QHT-lərdən əlavə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Vüsal Hüseynov, ASAN Xidmət, Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi və bəzi nazirliklərin nümayəndələri təmsil olunurlar.

Buna da bax:​ 'Azərbaycanda QHT-lər ağır böhrandadır'- [Fotolar]

Bir qədər əvvəl vətəndaş cəmiyyəti fəallarının, hüquqşünas və jurnalistlərin birləşdiyi Sivil Toplum Platforması da “Dialoq Platforması”nı “hökumətyönlü” adlandırmışdı.

“Açıq Hökumət Təşəbbüsü” 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 ölkə imzalayıb.

Azərbaycan 2012-ci ildə təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.

Buna da bax:​ 'Sivil Toplum' 'Dialoq Platforması'nı hökumətyönlü adlandırdı

Azərbaycan bu quruma daxil olan ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkədir.

Ekspertlər Azərbaycanın sözügedən qurumdakı statusunun kreditlərin cəlb edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edirlər.

Buna da bax:

"Xarici kreditin alınmasında problem yarana bilər"
Gözlə

No media source currently available

0:00 0:19:01 0:00

XS
SM
MD
LG