Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

'Sivil Toplum' 'Dialoq Platforması'nı hökumətyönlü adlandırdı


Azərbaycanda QHT yığıncağı

Azərbaycanda QHT yığıncağı

«Dialoq Platforması müstəqil QHT-ləri dinləmədən yaradılıb»

«Hökumət «Açıq Hökumət Tərəfdaşlığı» (AHT) təşəbbüsündəki dondurulmuş statusunu bərpa etməkdən ötrü müstəqil vətəndaş cəmiyyəti institutları ilə birgə platforma qurmalı idi. Amma hökumətin sentyabrın 9-da təsis etdiyi platforma vətəndaş cəmiyyətinin təkliflərini nəzərə alınmadan, müstəqil QHT-ləri dinləmədən yaradılıb».

Vətəndaş cəmiyyəti fəallarını, tanınmış hüquqçu və jurnalistləri bir araya gətirən Sivil Toplum Platformasının (STP) sentyabrın 15-də yaydığı mövqe sənədində belə deyilir.

Sənəddə vurğulanır ki, hökumətin yaratdığı platforma əsasən, hakimiyyətyönlü QHT-lərin nümayəndələrindən təşkil olunub.

Buna da bax:​ Hökumət-QHT Dialoqu Platforması yaradılıb

Platformada QHT-lərdən əlavə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Vüsal Hüseynov, ASAN Xidmət, Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin nümayəndələri təmsil olunurlar.

«Bu o deməkdir ki, platforma formal və hökumətyönlü, açıq hökumət prinsiplərinə məhəl qoymayan struktur olacaq. Bu, həmçinin hakimiyyətin müstəqil vətəndaş cəmiyyəti ilə dialoq aparmaq istəmədiyini göstərir», sənəddə vurğulanır.

Təsis olunmuş platforma haqda...

Ötən həftə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə «Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması» təsis olunmuşdu.

Buna da bax:​ STP hökuməti məhdudiyyətlərə son qoymağa çağırır

Təsis toplantısında elan edilmişdi ki, Platforma informasiya əldə edilməsi, şəffaflıqla bağlı hökumət və parlamentlə əməkdaşlıq edəcək. Hökumətin apardığı islahatlar üzrə tövsiyələr verə biləcək.

Platformanın həmçinin, «Açıq Hökumət» Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində hökumətin hazırladığı fəaliyyət planının həyata keçirilməsini monitorinq edəcəyi bildirilirdi.

Platformada QHT-lərdən əlavə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Vüsal Hüseynov, ASAN Xidmət, Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin nümayəndələri təmsil olunurlar.

Buna da bax:​ Vətəndaş cəmiyyətindən açıq hökumət istəyi

STP təəssüf edir...

STP-nin bəyanatında platformanın bu tərkibdə formalaşdırılmasından təəssüf ifadə olunub.

«STP beynəlxalq qurumları, xüsusən AHT Rəhbər Komitəsini qəbul etdikləri prinsiplərə sadiqlik nümayiş etdirməyə çağırır. Hökumətin təqdim etdiyi Platformanı müstəqil vətəndaş cəmiyyətinin maraqlarını ifadə edən qurum kimi qəbul etməməyə çağırır», sənəddə deyilir.

«Açıq Hökumət Təşəbbüsü» 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 ölkə imzalayıb.

Azərbaycan bu sənədə ilkin qoşulmaq istəyənlər sırasında olub, 2012-ci ildə təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər, bütün vətəndaş cəmiyyəti spektrini əhatə edən platformanın olmaması göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG