Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:45

Vətəndaş cəmiyyətindən açıq hökumət istəyi


Illüstrasiya
Illüstrasiya

-

Bir qrup QHT və mətbuat orqanı rəhbəri Azərbaycan Açıq Hökümət Tərəfdaşlıq Platforması yaradır.

22 fəalın qəbul etdiyi müraciətdə xatırladılır ki, 2011-ci ildə Azərbaycan Açıq Hökümət Tərəfdaşlığına ilk qoşulan ölkələrdən biri olub.

Açıq Hökümət Tərəfdaşlığının mühüm prinsiplərindən biri hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığıdır.

Təşəbbüsə qoşulduqdan bir il sonra Azərbaycan hökuməti Açıq Hökümətin Təşviqi üzrə Fəaliyyət Planı və Milli Korrupsiyaya qarşı Mübarizə Planını qəbul edib.

Hər iki plan 2012-2015-ci illəri əhatə edir.

Bu il daha bir sənəd - 2016-2018-ci illərdə Açıq Hökümətin təşviqi üzrə Milli Plan qəbul edilib.

Amma bəzi ekspertlərin fikrincə, bu sənədlər hazırlanarkən müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai nəzarət məqsədilə iştirakı təmin edilməyib. Əksinə, onların fəaliyyəti məhdudlaşdırılıb.

Bunun nəticəsi olaraq 2016-cı ilin mayında Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığındakı statusu fəal iştirakçıdan qeyri-fəal üzvə endirilib. İndi hökumətin öhdəliklərini yerinə yetirməsi və ölkənin əvvəlki statusunu bərpa etməsindən ötrü bir ildən az vaxt qalıb.

Sənəd müəllifləri hakimiyyəti dialoqa şərait yaratmağa, vətəndaş cəmiyyətinin təşəbbüslərinə dəstək verməyə və ölkənin Açıq Hökümət Tərəfdaşlığında tamhüquqlu üzvlüyünün bərpasına şərait yaratmağa çağırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG