Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:31

'Bir qəzetin 5 min tirajı, 2 min yayımı yoxdursa, o qəzet kimə lazımdır? '-media icmalı


Azərbaycanda qəzetlər, 17 avqust 2011
Azərbaycanda qəzetlər, 17 avqust 2011

“Azerspace-2” kommuniksiya peykinin kommersiya fəaliyyətinə başlaması, süd istehsalçılarının şikayəti, bir sıra qəzetlərin çap versiyalarını dayandıracaqları ilə bağlı gözləntilər və başqa məsələlər medianın aparıcı mövzulaırndandır…

“Çox vacibdirmi makluaturaya bu qədər pul sərf edilsin?”

“Yeni Müsavat” qəzeti-ndə ““Fond direktoru qəzetlərin bağlanması iddiaları haqqında danışdı: “ O demək deyil ki...”” sərlövhəli yazı oxumaq olar

Yazıda bir sıra qəzetlərin çap versiyasını dayandıracaqları haqqında deyilənlərə Azərbaycan Prezidenti yanında Kütlvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə aydınlıq gətirilməyə açlışılıb.

Müəllif öncə xatırladıb ki, Fond 2019-cu ilin II rübü üzrə Kütlvi İnformasiya Vasitələri (KİV) layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqənin şərtlərindəki bəzi dəyişikliklər mediada müzakirə mövzusuna çevirilib.

Müəllif qeyd edib ki, yeni şərtlərə görə, müsabiqəyə son 3 ildə gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər qatıla bilərlər.

Yazıda vurğulandığına görə, bu səbəbdən mövcud qəzetlərdən bir çoxunun çap versiyalarını dayandıracaqları müzakirə olunur.

V.Səfərli “müsavat.com”a şərhində deyib ki, Fond heç bir qəzetin maliyyəsini dayandırmayıb. Onun fikrincə, maliyyələşmə qaydalarını dəyişməklə, maliyyə verilməsini dayandırmaq tamamilə fərqli anlayışlardır.

Çap mediasının getdikcə sıradan çıxmasına gəlincə, V.Səfərli bildirib ki, bu onların istəyindən asılı deyil, bütün dünyada gedən bir prosesdir:

“Bu məsələləri zaman həll edir. Bir qəzetin 5 min tirajı, 2 min yayımı yoxdursa, o qəzet kimə lazımdır? Bəzi qəzetlər əvvəlki şərtlərimizi birtəhər düzəldib gətirirdilər. Çox vacibdirmi makluaturaya bu qədər pul sərf edilsin? Ayırdığımız maliyyəni makluaturaya çevirib ziyan edirlər...”

Aqropark rəhbərinin sualı

Süd satışı, arxiv foto
Süd satışı, arxiv foto

“ Marja.az” saytı-nda “ƏDV maya dəyərini artırır, südü də alan yoxdur” sərlövhəli yazı yer alıb.

Yazıda vurğulanır ki, südün satışındakı problemlər yeni layihələrin təxirə düşməsinə səbəb ola bilər

Yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

“Marja” xəbər verir ki, “Günəşli Aqropark”ın direktoru Fərid Kərimli konfransda çıxış edərək təmsil etdiyi sahənin problemlərini qaldırıb və təkliflərini irəli sürüb.

Fərid Kərimli Vergilər Nazirliyinə ünvanlandığı sualında bildirib ki, yem satışına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi, süd satışının isə ƏDV-dən azad olması süd istehsalçılarına çətinlik yaradır:

“Aqroparkımız iribuynuzlu heyvandarlıq sahəsindən ibarətdir. Yem satan şirkətlər ƏDV ödəyicisi olduqları üçün malların üzərinə ƏDV -ni əlavə edib yemi bizə satırlar. Süd satışı ƏDV dən azaddır. Biz südün üzərinə ƏDV əlavə edə bilmədiyimizdən əvəzləşdirmə apara bilmirik. Heyvandarlıq təsərrüfatlarında maya dəyərinin 60-65 faizini yem məsrəfi təşkil etdiyini nəzərə alsaq, ƏDV nəzərəçarpacaq dərəcədə böyük xərclərə gətirib çıxarır.Bu barədə hər hansı addımlar atılacaqmı?"

Konfransda iştirak eedən Vergilər Nazirliyinin rəsmisi bildirib ki, bütün sahələrin vergidən azad olması dövlət büdcəsinə ziyan vura bilər:

“Lakin hal hazirda quş yemi sahəsində vergidən azad olma barəsində işlər aparılır”

Gənclər günü

Lənkəran Gənclər Mərkəzi, 2018
Lənkəran Gənclər Mərkəzi, 2018

​Rəsmi AZƏRTAC saytı-nda isə “ 2 fevral - Azərbaycan Gəncləri Günüdür” sərlövhəli məlumat diqqət çəkir.

Yazıda bildirilir ki, keçmiş prezident Heydər Əliyev-in 1997-ci ildə imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Müəllif iddia edir ki, prezident İlhanm Əliyev də Heydər Əliyevin ölkədə apardığı gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir:

“Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir”.

Yazıda vurğulanmasına görə, Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Müəllifin iddasına görə, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib:

“Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır”.

Müəllifin həmçinin yazmasına görə, Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG