Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:36

İmtahan başa çatıb


Aprelin 28-də əvvəlki illərin məzunlarına I,II,III, IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, uşaq serebral iflic, dayaq-hərəkət aparatı xəstəlikləri) 30-dan çox abituriyent də iştirak edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələrindən ötrü zəruri şərait yaradılıb.

Aprelin 29-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

“İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur”,DİM bildirir.

--

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün, aprelin 28-də əvvəlki illərin məzunlarından ötrü I,II,III, IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsini, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

DİM bildirib ki, imtahanda 20180 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1665 nəzarətçi-müəllim, 44 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.

Azərbaycanda son illər qəbul imtahanları bu qaydada iki mərhələdə keçirilir. İkinci mərhələyə bu ilki məzunlar da qoşulacaqlar.

Multimedia

XS
SM
MD
LG