Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 18:39

Yerli sulardan nə xəbər?


Arxiv fotosu.
Arxiv fotosu.

Qeyri-neft ixracatının artımına bağlanan ümidlər hələ doğrulmur. Rəsmi məlumatlara görə, mineral sular və sərinləşdirici içkilərin ixracı bu ilin doqquz ayında əvvəlki illə müqayisədə 3 dəfə azalıb.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, 743 min litr alkoqolsuz içki ixracından gəlir 484 min 170 ABŞ dolları olub. Bir litr su 65 sentə - əvvəlki ildən 17 sent qiymətə ucuz satılıb.

Buna da bax:​ İçki ixracı azalıb

Azərbaycana su, xaricə valyuta axır

Bu dövrdə xaricdən mineral su və sərinləşdirici içkilərin idxalı təxminən 5 milyon litr azalsa da, idxalçıların xərcləri 3 milyon dollar çox olub.

Bu ilin 9 ayında Rusiya, Ukrayna, Almaniya, Avstriya, Türkiyə, Gürcüstan və başqa ölkələrdən 39,2 milyon litr mineral və digər spirtsiz içkilər gətirilib. Xaricə 35,3 milyon dollar valyuta «axıb».

Buna da bax:​ Bu zavodlar bağlana bilər

İstehsalçılar yerli bazara işləyirlər

Yerli statistika ölkədə mineral su istehsalının ikiqat artımından xəbər verir. Bu ilin 10 ayında 123,2 milyon litr - əvvəlki ilin eyni dövründən 2,1 dəfə çox mineral su qablaşdırılıb. Alkoqolsuz içki istehsalının həcmi mineral suları üstələsə də, müəyyən geriləmə var. Bu dövrdə 164,6 milyon litr sərinləşdirici içki qablaşdırılıb.

«Sirab» Ərəb körfəzinə üz tütüb

Azərbaycanda mineral sular istehsalında Naxçıvan ön sırada gedir. Muxtar Respublikanın Dövlət Statistika Komitəsi qablaşdırılan mineral suların 75,8 milyon litrə çatdığını bildirir. Ötən il istehsal 3,7 faiz artıb. Son səkkiz ildə «Badamlı» və «Sirab» mineral sularının istehsalında 2,3 dəfə artım baş verib.

Buna da bax:​ Necə olur ki, idxal azalmağına baxmayaraq gömrük planı dolur?

Satış coğrafiyasını genişləndirmək strategiyasının uğurla icra edildiyini bildirən «Sirab» ASC-nin mətbuat katibi Sərkərdə Sərxanoğlu AzadlıqRadiosu-na deyib ki, Ərəb körfəzi ölkələrinə ixracatla bağlı beynəlxalq sertifikat alınıb və yaxın vaxtlarda malın göndərilməsinə başlanacaq. Hazırda «Sirab» suları, əsasən, Rusiyaya, Ukraynaya, Baltikyanı və Orta Asiya ölkələrinə ixrac olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG