Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

İçki ixracı azalıb


İçkilər
İçkilər

-

2016-cı ilin 5 ayında Azərbaycandan spirtli içkilərin ixracında mənfi dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən «Report»a verilən məlumata görə, 2016-cı ilin ilk 5 ayında 8 milyon 456 min dollar dəyərində spirtli və spirtsiz içki ixrac edilib. Bu, 2015-ci ilin analoji dövrünə nisbətən 728 min dollar (7.92 faiz) azdır.

Beş ayda spirtli və spirtsiz içkilər ümumi ixracın 0.28 faizini təşkil edib.

Komitənin məlumatına görə, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 15 milyon dollardan çox spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu, 2015-ci ilin analoji dövrü ilə müqayisədə təqribən 12 milyon dollar (1.8 dəfə) azdır.

XS
SM
MD
LG