Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

Jurnalistlərə çətirlə yaradılan maneə


Kazaxıstan, 21 sentyabr 2019
Kazaxıstan, 21 sentyabr 2019

AzadlıqRadiosunun müxbiri Saniy Toiken sentyabrın 21-də Kazaxıstanın paytaxtı Nur-Sultanda saxlanılıb. Məlumata görə, onun hərəkəti Respublika prospektində, "Qazaxıstanda demokratik seçki" hərəkatına aksiya keçirmək istədiyi meydanın yaxınlığında məhdudlaşdırılıb.

Həmkarlarının paytaxt polis departamentinin rəis müavininə müraciətindən bir müddət sonra jurnalist sərbəst buraxılıb.

Bundan başqa polis Çimkənddə də AzadlıqRadiosunun reportyoru Dilare İse-nin çəkiliş aparmasına mane olub. O, polislərin əhatəyə aldığın meydanın arxasında saxlanılıb. İki nəfər jurnalistin kamerasının qarşısını çətirlə kəsərək çəkiliş aparmasına imkan verməyib. Sentyabrın 21-də polis Nur-Sultanda, Almatı və Çimkenddə onlarla adamı saxlayıb. Ehtimal olunur ki, onların arasında aksiya təyin edilən ərazidən keçən təsadüfi adamlar da var.

Ölkənin baş prokurorluğu bir müddət əvvəl razılaşdırılmamış aksiyada iştirakın məsuliyyət daşıyacağı barədə məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, aksiya keçirənlər "destruktiv qüvvələrdir" , onlar "ictimai sabitliyə təhlükə yaradırlar, milli və sosial ədavəti qızışdırırlar".

AzadlıqRadiosunun reportyorları dəfələrlə təzyiqlərlə üzləşiblər, naməlum adamlar çətirlə onların çəkiliş aparmasının qarşısını alıblar.

Bu il iyunun 6-da Nur-Sultanda keçirilən aksiyanı canlı yayan zaman çətirləri kameranın qarşısına tutmaqla çəkiliş qrupunun işinə mane olublar. Bundan başqa operatorlar Orken Zhoyamergen və Yerzhan Amirkhanov tərəfə bibər qazı püskürdüblər. Martın 22-i və mayın 9-da keçirilən aksiya zamanı da çətirlə kameraların qarşısını alma üsülundan istifadə olunub.

Aqressiv qadınların hücumu

Bundan başqa, iyulun 22-də aqressiv əhval-ruhiyədə olan bir qrup qadın Almatıdakı İnsan haqqları bürosuna daxil olub hüquq müdafiəçiləri və jurnalistlərin üstünə hücum çəkiblər.

Bu zaman reportyorun videokamerası sındırılıb. Bir müddət sonra prokurorluqdan həmin şəxslərdən birinin məsuliyyətə cəlb olunduğu deyilib. Bir sıra beynəlxalq təşkilatlar jurnalistlərə qarşı hücumlara reaksiyalar bildirblər və hakimiyyəti baş verənləri diqqətlə araşdırmağa çağırıblar.

Sərhədsiz reportyorlar təşkilatının mətbuat azadlığı ilə bağlı 2018-ci ildə açıqladığı reytinq siyahısında Qazaxıstan 180 ölkə arasında 158 yerdə qərar tutub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG