Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

Hakim müxalifətçini azad etdiyinə görə vəzifəsini itirdi


Malik Kenzhaliev
Malik Kenzhaliev

Qazaxıstanın Aktau şəhərinin baş hakimi Malik Kenzhaliev başçılıq etdiyi məhkəmədə müxalifət fəalına azadlıq verildikdən dərhal sonra vəzifəsindən çıxarılıb.

Manqıştau regional məhkəməsi fevralın 11-də bildirib ki, Kenzhaliev Xəzər sahilindəki şəxsi kotecinin tikintisinə cəlb etdiyi fəhlələrin razılaşdırılmlış əməkhaqqını verməyərək onların hüquqlarını pozduğuna görə işdən azad olunub.

Kenzhaliev isə bildirir ki, onun vəzifəsindən kənarlaşdırılması siyasi motivlidir. O regional məhkəməni, Ali Məhkəməni, Milli Təhlükəsizlik Xidmətini və polisi onun və həmkarlarının üzərinə təzyiq etməkdə günahlandırıb.

Kenzhaliev fevralın 11-də Facebook-da yaydığı videoda deyir ki, o, hakimlərdən biri – Gulnar Baiturova sosial media postlarına görə mühakimə olunan Aigul Aqberdievanın işinə xitam verdikdən sonra işdən qovulub.

Kenzhaliev bunu da bildirib ki, Aktau polisi onun yerli oteldə mətbuat konfransı keçirməsinə imkan verməyib, mətbuat konfransına gələnləri qısnayıb və sorğu-sual edib.

Fevralın 11-də yaydığı ikinci videoda Kenzhaliev beynəlxalq insan haqları təşkilatlarını, Avropa İttifaqını, Birləşmiş Ştatları və Kanadanı ona və yoldaşlarına dəstək verməyə və onların hüquqi müdafiəsini təmin etməyə çağırıb.

39 yaşlı Aqberdieva fevralın 6-da azad olunub.

Aigul Akberdieva (solda) azad edildikdən sonra
Aigul Akberdieva (solda) azad edildikdən sonra

O qadağan edilmiş Qazaxıstanın Demokratik Seçimi (QDS) hərəkatının sosial media səhifələrində “hökumətin devrilməsinə çağıran” postlar yazdığına görə ittiham olunurdu.

Aqberdievanın məhkəməsi sentyabrda başlanmışdı. Bundan dörd gün əvvəl onun 45 yaşlı əri Ablovas Zhumaev eyni ittihamlar üzrə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilmişdi.

Aqberidieva və onun əri özlərini təqsirli bilmirlər və mühakimələrini “siyasi motivli” adlandırıblar.

Ailənin dörd uşağı var, sonbeşikləri 2 yaşındadaır.

Qazaxıstan QDS-ni 2018-ci ilin martında ekstremist təşkilat kimi qadağan edib.

Bu siyasi hərəkatın əsasını prezident Nursultan Nazarbayevin ölkədən qaçaq düşmüş tənqidçisi, keçmiş bankir Mukhtar Ablyazov təsis edib.

Ötən noyabrda Qazaxıstan məhkəməsi Ablyazovu qətl ittihamı ilə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG