Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 07:19

Qazaxıstanda internet azadlığıyla bağlı gənclər forumu keçirilib


Qazaxıstan, Internet Forum 24 may 2013

Dekabrın 10-da Qazaxıstanın paytaxtı Astanada “Söz azadlığının məhdudlaşdırılmasının həddi və İnternetdə informasiyanın yayılması” Beynəlxalq Gənclər Hüquq Forumunun final hissəsi başa çatıb.

Forumun qalibi Ukraynadan tələbə komandası olub. İkinci yeri Qazaxıstan komandası tutub.

Forum Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunub və dörd seçmə mərhələni əhatə edib. Birinci mərhələ noyabrın 20-də keçirilib.

Hər iki komanda finala çıxıb. Püşkatma nəticəsində tərəflər İnternet azadlığının məhdudlaşdırılmasına tərəfdar (Qazaxıstan) və məhdudiyyətlərin əleyhinə (Ukrayna) formatında yarışıblar.

Ekspertlərə daha maraqlı suallar verən komandalara və tələbələrə mükafatlar verilib. Münsiflər Heyətinə Qazaxıstan, Bolqarıstan və Azərbaycandan ekspertlər daxil olub. Azərbaycanı Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev təmsil edib.

Forum Qazaxıstan Dövlət Hüquq Universiteti, ATƏT və Soros Fondunun himayəsi altında keçirilib.

XS
SM
MD
LG