Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:09

Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağıran rus həbs edildi


Hakim rusiyapərəst separatçıya hökm oxuyur

Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağıran Şimali Qazaxıstan sakini İgor Cuprina 5 il yarım azadlıqdan məhrum edilib.

Məhkəmə onu,sosial şəbəkələrdə millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilib.

Prokuror ona 7 il iş istəmişdi.

İstintaqın məlumatına görə, 37 yaşlı Cuprina 2014-cü il sentyabrın 1-dən 2015-ci il mayın 20-dək “Vkontakte” sosial şəbəkəsində istifadəçilər arasında neqativ reaksiya doğuran və sosial gərginlik yaradan şərhlər yazıb.

Cuprina Qazaxıstan xalqından üzr istəsə də 5 il yarım azadlıqdan məhrum edilib.

Son bir neçə il ərzində Rusiya ilə sərhəd olan Şimali Qazaxıstanda separatçılıq ittihamı ilə bir neçə belə cinayət işi açılıb.

2015-ci ilin aprelində Tatyana Shevtsova-Valovaya qazaxları “curka” adlandırdığına və Qazaxıstanın Krım kimi Rusiyaya birləşdirilməli olduğunu yazdığına görə 4 il azadlıqdan məhrum edilib.

Həmçinin “Vkontakte”dəki Publika saytının moderatoru İgor Sıchev ,Qazaxıstanın Ridder şəhərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sorğu keçirmək təşəbbüsünə görə 7 il azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG