Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:12

Prezident varlıları böhranla mübarizəyə çağırdı


Nursultan Nazarbaev
Nursultan Nazarbaev

►Nazarbayev dövlət xərclərinə qənaət edilməsinə də çağırıb

Qazaxstan prezidenti Nursultan Nazarbayev ölkə varlılarını böhranla mübarizədə iştiraka çağırıb.

O deyib ki, varlılar “var-dövlətlərinə görə xalq qarşısında cavab verərək” kapital və əmlaklarını leqallaşdırmalı, vergilərini ödəməli, satılan obyektlərin özəlləşdirilməsinə sərmayə qoymalıdırlar.

“Dövlət sizə bu dərəcədə varlanmaq imkanı verib. Kapitalın leqallaşdrılması və özəlləşdirmədə iştirak edin,” - deyə Nazarbayev varlılara müraciət edib.

O əlavə edib ki, özəlləşdirmədə Qazaxıstan şirkətlərinin iştirakı çox vacibdir.

“Biz deyirik ki, bu sizin pullarınz, sizin obyektlərinizdir, sadəcə olaraq onlar sərmayə şəklində Qazaxıstanda qalacaq,” - deyə prezident bəyan edib.

Nazarbayevin sözlərinə görə leqallaşdrılmanın elanından bəri yalnız 388 milyard tengelik (təxminən 1.26 milyard dollar) əmlak qanuniləşdirilib.

Nazarbayev həmçinin dövlət xərclərinə qənaət edilməsinə çağırıb. O, bu vaxta qədər dəbdəbə ilə keçirilən konkret tədbirlərin adlarını çəkib və onların keçirilməsi zamanı qənaətə səsləyib.

Tenge son bir ildə xeyli qiymətdən düşüb
Tenge son bir ildə xeyli qiymətdən düşüb

Prezident deyib ki, mövcud iqtisadi vəziyyətdə Astanada “dəbdəbəli EKSPO-2017”nin keçirilməsinə ehtiyac yoxdur.

Buna da bax: MSK üzvü seçkinin nəticələrini tanımadı

Qazaxıstan hökuməti böhranla mübarizə tədbiri kimi iqtisadiyyatın bəzi əsas sahələrini təmsil edən aparıcı şirkətlərin tam, yaxud qismən özəlləşdirilməsini həyata keçirmək niyyətindədir.

O həmçinin vurğulayıb ki, qazaxıstanlılar və hökumət “gen-bol xərcləməyə” öyrəşiblər, amma indiki böhran şəraiti xərclər üçün əlverişli deyil.

Əlvan metallar və neftə tələbatın aşağı düşməsi milli valyuta olan tengenin zəifləməsinə gətirib çıxarıb. Nəticədə Qazaxıstan iqtisadi böhranla üz-üzə qalıb.

Oktyabrda məlum olub ki, Qazaxıstan hökuməti böhranla mübarizə tədbiri kimi iqtisadiyyatın bəzi əsas sahələrini təmsil edən aparıcı şirkətlərin tam, yaxud qismən özəlləşdirilməsini həyata keçirmək niyyətindədir.

Özəlləşdiriləcək şirkətlərin metallurgiya, neft-qaz, telekommunikasiya, dəmir yolu və aviasiya sahələrini təmsil etdiyi bildirilir. İlkin siyahıda respublika əhəmiyyətli 60 şirkətin, o cümlədən Kazaxtelekom və Air Astana şirkətlərinin adı var.

XS
SM
MD
LG