Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:31

MSK üzvü seçkinin nəticələrini tanımadı


Akif Qurbanov
Akif Qurbanov

►"Rəqəmlər ciddi şübhə doğurur"

MSK üzvü Akif Qurbanov seçkinin nəticələri ilə bağlı yekun protokolu imzalamayıb.

O bu barədə özünün Facebook səhifəsində yazıb. Noyabrın 18-də Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı yekun iclas keçirib.

İclasda seçkilərin nəticələri ilə bağlı yekun protokol imzalanıb. Akif Qurbanov yekun protokolu imzalamaması ilə bağlı yazir:

"Parlament seçkiləri bu gün yekunlaşdı. Nəticələrə uyğun MSK-nın protokolunu imzalamaqdan imina edərək tərtib etdiyim Xüsusi Rəyi MSK sədrinə təqdim etdim".

Buna da bax: Keçmiş konsul: "Like edənlərə çox utancverici sənəd imzalatdılar"

Akif Qurbanov rəydə qeyd edib ki, seçkinin bütün mərhələlərində qanun pozuntularına yol verilib:

“Baş vermiş proseslər onu göstərdi ki, Azərbaycanda keçən seçkilər həm ölkə ictimaiyyəti, həm siyasi partiyalar, həm də beynəlxalq təşkilatlar üçün beynəlxalq standartlara cavab vermədi. Bu da həm ölkə vətəndaşı kimi, həm də MSK üzvü kimi məni ciddi narahat edir. Nəticə etibarilə seçkilərin yekunlarına dair aşağıdakı rəyimi ifadə edirəm:

Parlament seçkisinin bütün mərhələlərində seçki iştirakçılarına, xüsusən də namizəd və onun müşahidəçilərinə qarşı təzyiqlər qeydə alınıb.

- Parlament seçkisi dövründə seçkiqabağı mühit azad və demokratik seçkilər keçirməyə imkan verməyib...

- Parlament seçkisində namizədlərin irəli sürülməsi, qeydə alınması və təşviqat kampaniyasında rəqabətli siyasi şərait təmin olunmayıb...

- Parlament seçkisinin bütün mərhələlərində seçki iştirakçılarına, xüsusən də namizəd və onun müşahidəçilərinə qarşı təzyiqlər qeydə alınıb.

- Yerli və Beynəlxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirilməsi yönündə tövsiyələri nəzərə alınmayıb...

- Parlament seçkisi günü ölkə üzrə seçki məntəqələrində səsvermə zamanı ciddi qanun pozuntularına yol verilib. Nəticədə səsvermənin nəticələrinə dair açıqlanan rəqəmlər ciddi şübhə doğurub...”

Akif Qurbanov MSK üzvlüyünə ÜMİD partiyasından seçilib.

Partiyanın sədri, millət vəkili İqbal Ağazadə də yeni parlamentə düşməyib.

MSK-nın ümumilikdə 18 üzvi var.Onların 6-sı hakim YAP-dan, 6-sı parlamentdə azlıqda qalan partiyalardan, 6-sı isə bitərəflərdən seçilib.

Hökumət seçkinin azad və ədalətli keçdiyini bildirir.

XS
SM
MD
LG