Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Qazaxıstanda da gənc fəalları əsgərliyə çağırırlar


Alimzhan Izbasarov
Alimzhan Izbasarov

Qazaxıstanın müxalifətçi fəallarından Alimzhan Izbasarov deyir ki, hakimiyyət orqanları ona hərbi xidmət üçün çağırış göndərib. O hesab edir ki, bu, onun siyasi fəaliyyəti ilə bağlıdır.

Izbasarov AzadlıqRadiosuna deyib ki, bu çağırış ona, Nur-Sultan şəhərində mayın 1-də keçirilən icazəsiz mitinqdə iştirak etdiyinə görə verilmiş 15 sutkalıq inzibati cəzanı çəkib qurtaran kimi göndərilib.

Çağırış vərəqində müxalifətçinin mayın 30-da Almatı Komissarlığında tibbi müayinədən keçməsi və bundan sonra Qazaxıstan Silahlı Qüvvələrində 1 il xidmət etməsi əmr olunur.

Mayın 23-də AzadlıqRadiosuna müsahibəsində Izbasarov deyib ki, hakimiyyət bu yolla daha bir fəaldan canını qurtamaq istəyir və bu, iyunun 9-da keçiriləcək prezident seçkisi ilə bağlıdır.

O bildirir ki, həbsdən çıxdıqdan sonra sosial mediada adamları prezident seçkisi ərəfəsində daha fəal olmağa çağırırdı.

Izbasarov çağırışın daha gec tarixə keçirilməsi xahişi ilə müraciət etməyi düşünür.

AzadlıqRadiosu bu yaxınlarda Nur-Sultanda keçirilmiş 1 may nümayişindən sonra daha iki qazax fəala Beibarys Tolymbekov və Aslan Sagutdinova hərbi çağırış göndərildiyini yazmışdı.

Qazaxıstan hakimiyyəti bu çağırışların müxalifətçi fəaliyyətlə bağlı olduğunu inkar edir və bildirir ki, ölkə konstitusiyasına görə 18-27 yaşları arasında olan bütün vətəndaşlar həqiqi hərbi xidmət çəkməlidirlər.

Amma məmur və zəngin övladlarının rüşvət və başqa vasitələrlə hərbi xidmətdən yayındığına dair iddialar da var.

Son həftələrdə Qazaxıstanda etiraz əhval-ruhiyyəsi xeyli yüksəlib. Ölkənin müxtəlif şəhərlərində Nursultan Nazarbayevin rəsmən istefa verməsinə baxmayaraq faktiki hakimiyyətdə qalmasına, paytaxtın adının dəyişdirilməsinə, ağır həyat şəraitinə etiraz aksiyaları keçirilir.

Nazarbayevin nüfuzlu qızı Darigha Nazarbayeva atasının istefa elan etdiyi gün Qazaxıstan Senatının spikeri seçilib.

Nazarbayevin yaxın müttəfiqi Qasym-Zhomart Toqaev keçid prezidenti təyin olunub. Nazarbayevin hakim Nur-Otan partiyası iyunun 9-da keçiriləcək bu seçkiyə onun namizədliyini verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG