Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 03:15

İtaliya rəsmiləri Ablyazovun arvadının “qanunsuz” deportasiyasına görə məhkum edildilər


Alma Şalabayeva və qızı Alua
Alma Şalabayeva və qızı Alua

İtaliya polisinin və miqrasiya xidmətini 7 vəzifəli nümayəndəsi Qazaxıstandan qaçaq düşmüş bankir və müxalifətçi Muxtar Ablyazovun arvadının və qızının qanunsuz deportasiyasında oynadıqları rola görə həbsxana cəzalarına məhkum ediliblər.

Ablyazovun həyat yoldaşı və qızı İtaliyadan 7 il bundan əvvəl deportasiya olunmuşdular.

Oktaybrın 14-də İtaliyadakı Peruca şəhərinin məhkəməsi keçmiş polis rəisi və polis zabitlərini, habelə bir hakimi və bir miqrasiya xidməti başçısını iki il yarım müddətinə azadlıqdan məhrum edib.

Ablyazov Qazaxıstan hakimiyyət orqanları tərəfindən milyardlarla dolları mənimsəməkdə ittiham olunur. O Qazaxıstanda ən böyük bankın direktoru idi və özünə qarşı ittihamları siyasi motivli hesab edir.

Ablyazov 10 ildən artıqdır ki, Avriopada yaşayır.

Qazaxıstan onları sərbəst buraxıb

Onun arvadı Alma Şalabayeva və 6 yaşlı qızı Alua 2013-cü ildə İtaliya polisinin keçirdiyi reyd zamanı saxlanmış və zorla Qazaxıstana ekstradisiya edilmişdilər.

Qazaxıstan hakimiyyəti 6 aydan sonra ana və qızın İtaliyaya qayıtmasına imkan yaradıb və onlar bu ölkədə qaçqın statusu alıblar.

2014-cü ilin ortalarında İtaliya Ali Məhkəməsi bu deportasiyanın qanunsuz olduğu barədə qərar qəbul etmişdi.

Qazaxıstandakı BTA bankın keçmiş rəhbəri Ablyazov xaricdə olmasına baxmayaraq siyasi fəaliyyətlə məşğul olur.

Onun Qazaxıstanın Demokratik Seçimi hərəkatı indiyədək Qazaxıstanda bir sıra etiraz aksiyaları keçirib.

Ötən ay Fransa Milli Məhkəməsi Ablyazova siyasi sığınacaq verib.

Bu ayın əvvəllərində Paris məhkəməsi Ablyazovu 7.5 milyard dolların mənimsənilməsinə görə məhkum edən hökm vermişdi.

XS
SM
MD
LG