Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 09:12

Qazaxıstan etirazlarında onlarca saxlanan var (VIDEO)


Almatıda etirazçılar
Almatıda etirazçılar

Qazaxıstanda təhlükəsizlik qüvvələri davam edən etiraz aksiyalarına ikinci dəfə müdaxiə edib.

Dekabrın 16-da AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, paytaxt Nur-Sultan şəhərində 50, ölkənin digər böyük şəhəri olan Almatıda isə 40-dək etirazçı saxlanıb. Başqa şəhərlərdə də saxlananlar var.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda və ölkənin ən böyük şəhəri olan Almatıda onlarla müxalifət və vətəndaş cəmiyyəti fəalı hüquqların təminatı, siyasi məhbusların hamısının azadlığa buraxılması tələbilə etiraz aksiyasına çıxıb.

Dekabrın 16-da – ölkənin Müstəqillik Günündə Almatıda 100-dən artıq, Nur-Sultanda isə onlarla fəalın etiraz etdiyi xəbər verilir.

Bu gün həm də Qazaxıstanın keçmiş paytaxtı Almatına kütləvi antisovet nümayişlərinin 33-cü ildönümü keçirilir. Janaozen şəhərində neftçilərə polisin divan tutmasından isə 8 il keçir.

Bugünkü etirazlarda “Oyan, Qazaxıstan” şüarları səslənib.

Yerli rəsmilər nümayişçiləri yürüşləri dayandırmağa çağırıb, onların icazəsiz olduğunu deyib.

Aksiyalardan öncə jurnalistlər daxil olmaqla, 12-dək adamın saxlandığı bildirilir.

Qazaxıstanın Demokratik Seçimi (DVK) müxalifət hərəkatı ölkədə yürüşlər təşkil edəcəyini açıqlamışdı. Bu hərəkatı mühacirətdə yaşayan maqnat, siyasətçi Mukhtar Ablyazov yaradıb.

Qazaxıstan məhkəməsi DVK hərəkatını qadağan edərək ekstremist təşkilat elan edib.

XS
SM
MD
LG