Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:49

“Qazpulunu təkrar istəyirlər"


►Saatlı sakinləri deyirlər, ödəniş nəyə görəsə kompüterə salınmır...

“Qaz pulunu ödəsək də, rəsmiləşdirməyiblər. İndi bizdən təkrar qazpulu tələb edirlər”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Saatlı sakini Emin Mehdiyev deyir. Onun sözlərinə görə, təkrar qazpulu yığımı sakinlərin narazılığına səbəb olub.

Sakin deyir, dekabrın 11-də səhər saatlarından evlərə verilən mavi yanacaq dayandırılıb. Abonentlər narazılıqlarını bildirmək üçün yerli icra hakimiyyətinin binası qarşısına da toplaşıblar.

Buna da bax: Biz sənə demişdik axı, ay manat...

“ÖDƏNİŞLƏRİNİZ KOMPÜTER SİSTEMİNDƏ GÖRÜNMÜR”

Başqa sakin Fazil Muradov söyləyir, bütün ünvanlar sayğaclaşdırılıb, buna baxmayaraq, abonentlər yenə də problemlər yaşamaqdadırlar:

“Qazpulunu ödəmişik, ancaq tez-tez qazı kəsirlər. Ödənişlərə dair möhürlü qəbzləri də Qaz İstismar İdarəsinə təqdim etmişik, deyirlər ki, “ödənişlər kompüterə oturmayıb”. Qaz İstismar İdarəsinin rəisi yeni təyin olunub. Deyir, “mənlik deyil. Mənə qədər kim necə işləyib, mən cavabdeh deyiləm. Bildiyim odur ki, ödənişləriniz kompüter sistemində görünmür”. Bir sözlə, bizi incidirlər”.

Sakinlər idarə rəisindən müsbət cavab ala bilməyib yerli icra hakimiyyətinə üz tutublar. İcra hakimiyyətindən bildirilib ki, sakinlər məsələni elə qaz idarəsi ilə aydınlaşdırsınlar.

Saatlı rayon Qaz İdarəsindən bildiriblər ki, məsələ araşdırılıb. Qazpulunu ödəməyən abonentlərin qazı kəsilib.

Hüquqşünas Famil Quliyev qazpulunu ödəməyə dair əlində qəbzi olan abonentlərə məhkəməyə üz tutmağı tövsiyə edir.

XS
SM
MD
LG