Ölkəyə sərmayə yatırımı, varlı-kasıb meyarlarının qeyri-müəyyənliyi, qışa hazırlıq sahəsində narahatlıqlar bu gün (21 oktyabr, 2017-ci il) medianın aparıcı mövzularıdır...
Rəsmən nə varlısı bilinir, nə kasıbı...
“Exo” qəzetində “Bizim varlı və yoxsul vətəndaşlar: Azərbaycan meyarları” sərlövhəli yazı oxumaq olar.
Müəllif ölkədə varlı və kasıb insan kateqoriyalarının müəyyən olunması məsələsini ekspert Vüqar Bayramov ilə təhlil edib.
Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'
“Azərbaycanda varlı və ya kasıblığı müəyyən edən meyarlar rəsmi olaraq, hələ yoxdur. Odur ki, bir qayda olaraq hamını yoxsulluq səviyyəsilə müqayisədə müəyyən edirlər”, – V.Bayramov bildirib.
Ekspert deyib ki, gəliri istehlak minimumundan aşağı olan, hökumətdən sosial yardım alanlar aztəminatlı vətəndaşlar sayılırlar.
Yazıda xatırladılır ki, 2017-ci ildə yaşayış minimumu 155 manat müəyyən edilib. Bu işləyən əhali üzrə 164 manat, pensiyaçılardan ötrü 130 manat, uşaqlarda 136 manat təşkil edir. Ünvanlı sosial yardım isə 116 manat həcmində müəyyən olunub.
V.Bayramov deyib ki, bu sahə üzrə dəfələrlə sorğular keçiriblər:
Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]
“Son üç ildə əhalinin gəlirləri əhəmiyyətli dərəcədə dəyişib. Bunun da əsas səbəbi manatın devalvasiyaya uğramasıdır. Əgər 2014-cü ildə əhalinin aylıq gəliri iki min manatdan yuxarı olan hissəsi varlı sayılırdısa, indi bu göstərici 4 min manata yüksəlib. Səbəb də budur ki, 3 il öncə qiymətlər daha optimal idi”.
Yazıda bildirilir ki, ölkədə nominal aylıq maaş 2017-ci il sentyabrın 1-nə 524 manat təşkil edib.
Müəllif vurğulayır ki, son bir ildə əhalinin qazancının 8 faiz artdığı bildirilir. Ölkədə illik inflyasiya həddi 14 faiz təşkil edib.
Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'
Yazıda bildirilir ki, rəsmi rəqəmlərə görə, inflyasiya qazancı az qala iki dəfə üstələyib.
Bu qış istilik olacaqmı?
“Novoye Vremya” qəzetində “Qapalı dairə” sərlövhəli yazı diqqəti cəlb edir.
Yazıda bildirilir ki, paytaxtda hər il “Azəristilik təchizat” ASC-nin başqa müəssisələrə borcu üzündən istilik sahəsində problemlər yaşanır.
Müəllif bu sahədə narahatlığın bu il də davam etdiyini bildirir:
Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'
“Keçən il qış mövsümünə yaxın qaz idarələri bu quruma borc hesabları təqdim etdilər. Qaza görə borc ödənilməyincə qazanxanalara qaz verilməyəcəyini bildirdilər. Yalnız mərkəzi orqanların müdaxiləsindən sonra Bakının bəzi rayonlarında yaranan problem həllini tapdı”.
Müəllif xatırladır ki, həmin tipli bəyanatlar bu günlərdə yenidən səslənib. Hətta, “Azəristilik təchizat” ASC-yə maliyyə sanksiyası tətbiq ediləcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Müəllif yazır ki, idarələrin qarşılıqlı borc məsələsi uzanacaq, həllini tapmayacaq, “qapalı dairə” yaranacaq. Nəticədə isə noyabrın 15-də “istilik mövsümü” başladıqda bundan vətəndaşlar əziyyət çəkəcəklər.
Yazıda bildirilir ki, hələ rəsmi qış mövsümü başlamayıb. Amma xətlərdə qazın təzyiqi kəskin aşağı düşüb.
Buna da bax: Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]
Müəllif hesab edir ki, belə bir durumda Avropa enerji bazarına inteqrasiyadan danışmaq yersiz görünür:
“Bəlkə, əvvəlcə yerli istehlakçıları qaz, işıq, istiliklə təmin edək, daha sonra bu məsələ haqqında düşünək. Hələ, ölkədə bütün kənd və ya qəsəbələr qazlaşdırılmayıb. Heç də hər yerdə elektrik verilməsi 100 faiz təmin edilmir. Amma bu halda məmurlar Avropa bazarı barədə düşünürlər”.
Müəllifin fikrincə belə bir durumun yaranmasında əhalini günahlandırmaq yersizdir. Çünki ödənişlər kart sistemilə icra edilir:
Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]
“Bu qurumların hesablarına daxil olan vəsaitlər hara yoxa çıxırsa, bu məlum deyil. Onlar bir-birinə borclu olsa da əziyyəti sadə əhali çəkir . Milyonlara vəsait ayrılsa da səmərəli fəaliyyət yoxdur, məmurlar isə həmişə xalqın cibinə girməyə hazırdırlar”.
Sabitlik və dayanıqlı inkişaf
“Azərbaycan” qəzetində “225 milyard dollar investisiya...” sərlövhəli yazıda ölkənin investisiya mühiti dəyərləndirilir.
Müəllif yazır ki, indi dünyada investisiya qoyuluşlarına ehtiyatla yanaşılsa da Azərbaycan daxili və strateji layihələrin icrasında nümunə göstərən dövlətə çevrilib. Yazıda səbəblər sadalanır:
Buna da bax: Müstəqillik Aktının qəbulu anbaan burada [Infoqrafika]
“Dünya ölkələrinin üzləşdiyi sosial-iqtisadi problemlər fonunda Azərbaycandakı təhlükəsizlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Bütün bunlar prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və praqmatik müstəqil siyasətin nəticəsidir”.
Müəllif Azərbaycanı dünya miqyasında sabit iqtisadiyyata malik dövlət adlandırır. Bunda investisiyaların cəlb edilməsinin xüsusi rolunu vurğulayır.
Yazıda qeyd edilir ki, hökumət “açıq qapı” siyasəti həyata keçirir.
Buna da bax: 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)
Müəllifin fikrincə, dünyanın əksər ölkələrində sərmayə qoyuluşu azalıb. Amma Azərbaycandakı mövcud investisiya imkanları yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəyə cəlb edir.
Yazıda vurğulanır ki, ölkəyə məhz sabitlik hesabına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub.
Müəllif bildirir ki, son 14 ildə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107,2 milyard dollardır.