Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

Əliyev qazın nəqlini başlatdı. Gələcək gəlirlər dövlət sirridir…


REAL-çı Azər Qasımlı niyə saxlandı?
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

REAL-çı Azər Qasımlı niyə saxlandı?

Mayın 29-da TransAnadolu qaz Kəmərinə ilk qaz vurulub. Bu, Azərbaycan Qazının Avropaya çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin mərhələlərindən biridir. Kəmərə qazın vurulmasını bildirən açarı prezident İlham Əliyev işə salıb. O, bunu Azərbaycanın həyatında əlamətdar hadisə kimi dəyərləndirib:

"İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start verib, onun təşəbbüskarı olub. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır".

İlham Əliyev çıxışında bu layihəyə verdikləri dəstəyə görə ABŞ və Avropa İttifaqına, beynəlxalq korporasiyalara təşəkkür edib. Prezident bu layihədə bütün tərəflərin - hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqlarının tam təmin edildiyini vurğulayıb.

Xəzər regionundan qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi 3 mərhələdə gerçəkləşəcək:

Birinci: Mövcud Cənubi Qafqaz Boru Kəməri Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək.

İkinci: TransAnadolu Boru Kəməri - TANAP Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək

Üçüncü: TransAdriatik Boru Kəməri - TAP qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.

Forign Policy dərgisi mayın 28-dəki "Azərbaycan Qərbə niyə lazımdır?" başlıqlı məqaləsində də bu məsələyə toxunub. Məqalənin müəllifləri yazırlar ki, Asiya və Avropa arasında enerji və ticarətin quru ilə axını üçün yalnız üç yol var: İran, Rusiya və Azərbaycan ərazisi. Amma müəlliflərin qənaətincə, Qərbin Rusiya və Tehranla bərbad münasibətlərindən dolayı, yüz milyardlarla dollarlıq ticarətə yalnız bir real marşrut qalır: Xəzərin sahilində yerləşən balaca Azərbaycan. Məqalədə Cənub Qaz Dəhlizi cənub-şərqi Avropa üçün hədiyyə kimi dəyərləndirilir:

"Vaşinqton Avropanın Rusiya neft və qazından asılılığının azalmasını istəyir. Bu özəlliklə indi, Rusiyanın Almaniyaya “Şimal Axını – 2” kəmər layihəsini reallaşdırmaq istədiyi bir vaxtda xüsusilə əhəmiyyətlidir. Avropanın qaza ehtiyacının 40 faizini Rusiya ödəyir. Başqa sözlə, Avropa Rusiyadan ildə 200 milyard kubmetr qaz idxal edir. Bu enerji dəhlizi hazırda 100 faiz Rusiya kəmərlərindən asılı olan cənub-şərqi Avropa üçün hədiyyə olardı".

Görünən odur ki, nəinki Azərbaycan hakimiyyətinin, eləcə də bəzi Qərb dövlətlərinin də Cənub Qaz Dəhlizi layihəsindən gözləntiləri çoxdur. Bəs, bu gözləntilərin dorğrulması nə qədər realdır?

Mayın 29-da "Cənub Qaz Dəhlizi" layihəsinə daxil olan TransAnadolu Qaz Kəmərinə ilk qaz vurulub. Bu layihə çərçivəsində Azərbaycan qazının boru kəmərləri ilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacağı gözlənilir.

Enerji məsələləri üzrə ekspert Kəmalə Mustafayeva düşünür ki, bu layihə Azərbaycan hökumətinə siyasi dividentlər qazandıra bilər:

"Amma o ki qaldı gəlirlərə. Əlbəttə ki, gəlirləri də olacaq. Amma nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizinin xərci çox böyükdür. Üstəlik qaz neft kimi gəlirli deyil. Qazın Avropaya çatdırılması üçün infrastruktur xərcləri də çox olub. Bütün bunlar onu deməyə əsas verir ki, hələ Azərbaycan yaxın zamanlarda bu layihədən xalis gəlir əldə edə bilməyəcək. Yəqin ki, nə zaman, nə qədər gəlir gələcəyi müqavilələrdə var. Amma bu kommersiya sirri hesab olunduğundan hesablamalar açıq deyil".

Azərbaycan hökuməti isə qurulan infrastruktur vasitəsilə nəinki öz qazını, hətta qonşu ölkələrdən, özəlliklə, Qazaxıstan qazının da Cənub Qaz Dəhlizi kəməri ilə Avropaya çıxarılacağını bəyan edir. Hökumət bununla da həm də tranzit kimi əlavə gəlirləri olacağını bildirir.

Hökumətin tənqidçiləri bildirirlər ki, neftdən gələn gəlir əsasən korrupsiyaya yem olub. Ölkənin iqtisadi və sosial inkişafı üçün ciddi işlər görülməyib.

AzadlıqRadiosu bu məsələ barədə Bakı sakinlərinin nə düşündüklərini öyrənməyə çalışıb:

Sizcə, qazdan gələn gəlir hansı problemin həllinə yönəlsin?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Hökumət tənqidçilərinin daha bir narahatçılığı insan haqları ilə bağlıdır. Onların fikrincə, ABŞ, eləcə də Qərb enerji maraqlarına görə Azərbaycanda insan haqlarının pozulmasına göz yumur. Amma hökumət rəsmiləri bu cür tənqidləri rədd edirlər. Onlar ölkədə bütün azadlıqların təmin edildiyini, neft pulları hesabına isə ölkənin dirçəldiyini deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG