Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Vəkil: 'Məhkəmələr daha çox bankların tərəfini tutur' [video]


İşadamları Gömrük Komitəsinin önünə toplaşdı: ‘Bizi polislə qorxudurlar’
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

İşadamları Gömrük Komitəsinin önünə toplaşdı: ‘Bizi polislə qorxudurlar’ [A-Live]

Mərkəzi Bankın son açıqlamasına görə, ölkədə vaxtı keçmiş, qaytarıla bilməyən kreditlərin həcmi artır. Təkcə keçən il ərzində belə kreditlər 30 faizə qədər – təqribən 418 milyon manat artıb. Son rəqəmlərə görə, indi problemli kreditlər 2 milyard manata yaxındır.

İqtisadi və Sosial Mərkəzinin araşdırmaçısı Rəşad Həsənov deyir ki, durum getdikcə pisləşir:

“Xarici valyutada olan kreditlərin hər beş manatından biri qaytarıla bilmir. Bu isə banklarda likvidliyin artmasına, bir çox bankların zərərlə işləməsinə səbəb ola bilər”.

Buna da bax: Problemli kreditlər 2 milyarda çatır

Bitərəf deputat Vahid Əhmədov AzadlıqRadiosu-na bildirib ki, məhkəmələrdə, qaytarıla bilməyən kreditlərlə bağlı yüzlərlə şikayətlər var.

Vəkil Əsabəli Mustafayev isə bildirir ki, onun təcrübəsində məhkəmələrin daha çox bankların tərəfini tutur.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Pərvanə Kazımova adlı Facebook istifadəçisi AzadlıqRadiosu-na yazır ki, onun problemli krediti devalvasiyadan sonra yarandı, indi işi məhkəmədədir:

"Zəng etdilər, dedim faizi dayandırın, kiçik hissələrə bölək, ödəyim. Razı olmadılar. Verdilər məhkəməyə. Məhkəmədə bütün olanları danışdım və dedim ki, bank həm Azərbaycan Respublikasının qanunlarını, həm də mənim hüququmu pozub, mənim banka 1 qəpik də borcum yoxdur. İndi sənədləri göndəriblər ekspertizaya, 6 ay keçib hələ bir xəbər yoxdur".

Pərvanə Kazımova yazır ki, ekspertizanın nəticəsindən asılı olmayaraq, heç bir ödəniş etməyəcək, çünki haqlıdır.

Buna da bax: Daha bir şirkət rəhbəri kreditə görə həbs edilib

Əsabəli Mustafayev isə deyir ki, hazırkı qanunvericilik Pərvanə Kazımovanın xeyrinə deyil:

"Bilirsiz ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin şərhi oldu. O şərhdə də bildirildi ki, kreditlər götürüldüyü dövrdə yox, ödənildiyi dövrdə olan məzənnə ilə ödənilməlidir".

Əsabəli Mustafayev deyir ki, ötən il nümayəndəlik institutu ləğv olunandan sonra borclular lap köməksiz qalıblar, onların məhkəmədə müdafiəsi çətinləşib, indiyə qədər borclular nümayəndələr müdafiə edə bilirdisə, indi peşəkar vəkil tutmalıdırlar, bu isə bahadır.

Buna da bax: Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'

Hökumət problemli kreditlər problemini həll etməyi - kreditlərin mahiyyətini araşdırmağı Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıb. Bu qurum isə AzadlıqRadiosu-nun mövzu ilə bağlı davamlı müraciətlərini cavabsız qoyur.

Keçən ilin mayında məhkəmə qərarı ilə hökumət, Beynəlxalq Bankın 3,3 milyard dollarlıq xarici borcunu ödəyəcək. Bank iddia edir ki, bu borc qaytarıla bilməyən kreditlər hesabına yaranıb. İqtisadi şərhçi Rəşad Həsənov deyir ki, problemi kökündən həll etmək, bankın borcunu qaytarmaqdansa, onun müştərilərinə yardım etmək lazım idi:

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

Bu istiqamətdə görülən tədbirlər daha çox müştərilərə hədəflənməlidir. Onlar ciddi yük altındadırlar və hazırkı gəlirləri bu borcların qaytarılmasına imkan vermir. Hesab edirəm ki, borcların bir qisminin, konkret indikatorlar tətbiq edilməsi yolu ilə, silinməsi, güzəşt tətbiq edilməsi, faiz güzəştlərinin verilməsi və ya faizlərin tamamilə istiqamətində qərarlar qəbul edilməlidir.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, hökumət problemli kreditlər problemini necə həll edə bilər?:

'Prezident probleml krediti olanlara yardım etsin'
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

Hüquqşünas Əsabəli Mustafayev deyir ki, qanunvericilik hüquqi şəxslərin özünü müflis elan edərək, borcu qaytarmaqdan imtina etməyə imkan verir, amma Azərbaycanda bu praktika tətbiq olunmur. Onun sözlərinə görə, amma fiziki şəxslər özünü müflis elan edib “pulum yoxdur” deyib, banka borcunu ödəməkdən boyun qaçıra bilmirlər.

Azərbaycanda problemli kreditlər 2014-2017-ci illərdə neftin qiymətinin düşməsindən sonra artmağa başlayıb - milli valyutanın dollara nəzərən iki dəfə ucuzlaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG