Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 07:38

Metroda qatarların qrafik üzrə işi bərpa olunub


ABakı metrosu, 26 mart 2019

Noyabrın 24-də saat 05:41 dəqiqədə metronun “Həzi Aslanov-Dərnəgül” xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti “Qara Qarayev” stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

Bu barədə "Bakı Metropoliteni" qapalı səhimdar cəmiyyətindən (QSC) AZƏRTAC-a məlumat veriblər.

Bildirilib ki, qeyd olunan vaxt “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb: “Beləliklə, qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib. “Ulduz- Həzi Aslanov” sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub”

"Bakı Metropoliteni" QSC saat 10:15-də nasazlığın tam aradan qaldırıldığını bildirib:

“Sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub. Hazırda hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

XS
SM
MD
LG