Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:22

Qatardan dustaqların qaçmasına görə 110 il iş istənildi


«Qoca» ləqəbli E.Məmmədov
«Qoca» ləqəbli E.Məmmədov

2017-ci il oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya istintaq təcridxanasına qaytarılarkən qatardan iki dustağın qaçmasına görə aylardır gedən məhkəmə araşdırmaları yekunlaşır. Artıq məhkəmə istintaqı başa çatıb. Noyabrın 5-də prokuror bu cinayət işinə görə məhkəmə qarşısına çıxarılan 13 nəfərə ümumilikdə 100 il həbs cəzası istəyib.

Prokuror Orxan Dəmirli bildirib ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamlar məhkəmədə şahid ifadələri və başqa sübutlarla təsdiqini tapıb. Dövlət ittihamçısı təqsirləndirilən 13 nəfərdən ən az cəzanı müğənni Fədayə Laçına istəyib – 6 il həbs.

Qaçan dustaqlardan biri Əli Ağamiyə bu əmələ görə 10 il həbs istənilib. O, bundan öncə Şirvan şəhərində baş vermiş qətl hadisəsinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdu və Lənkəran Ağır Cinayətlər Məhkəməsinə o işə görə aparılıb-gətirilirdi. Həmin iş üzrə o, 19 il azadlıqdan məhrum edilib. Prokuror təklif edib ki, ona bu əmələ görə təyin edilən cəza da əvvəlki ilə birləşdirilsin və ona qəti olaraq, 20 il azadlıqdan məhrumetmə cəzası verilsin.

Təqsirləndirilən şəxslərdən Penitensiar Xidmətin tabor komandiri olmuş polkovnik Bəhruz Abdullayev və hadisə günü qatarda qarovul xidmətinin rəisi Ceyhun Səmədovun hər birinin 10 il, qarovul rəisinin müavinləri Tural Poladxanov Fuad Hacıyevin isə 8 il 6 ay azadlıqdan məhrum edilməsi təklif olunub.

Qatardan qaçmış və sonradan saxlanılarkən əməliyyat zamanı öldürülən «Qoca» ləqəbli Etibar Məmmədovun dostu, onun həbsdə tez-tez görüşən və qatardan qaçandan sonra da yardım etməkdə suçlanan Aqil Nəcəfova da 10 il cəza istənilib.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunanlar arasında F.Laçınla yanaşı, daha bir qadın var – Günay Atakişiyeva. «Qoca» qaçdıqdan sonra bir gün Sumqayıtda onun kirayə yaşadığı evdə qalıb, ertəsi gün onunla birlikdə Qazaxa gedib ki, oradan Gürcüstana keçsin. Ağstafa rayonu ərazisində onların olduğu taksi saxlanılıb, E.Məmmədov qaçıb. Taksi sürücüsü Məhəmməd Hacıyev və G.Atakişiyeva isə saxlanılıb. Prokuror taksi sürücüsünə 8 il, G.Atakişiyevaya isə 7 il cəza istəyib.

E.Məmmədov qaçandan sonra ona yardım etməkdə suçlanan qalan dörd nəfər təqsirləndirilən - İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov Anar Əsgərovun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi istənilib.

Bu iş üzrə məhkəmədə vəkillərin müdafiə çıxışı mərhələsi başlayıb.

Xatırlatma

Dustaqlar Ə.AğamiE.Məmmədov ötən il oktyabrın 22-dən 23-nə keçən gecə Biləcəri stansiyasında vaqonun pəncərəsini xüsusi açarla açıb qaçıblar.

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Polkovnik B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG