Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 05:35

ABŞ-da sürət qatarı relsdən aşıb


ABŞ-dan alınan xəbərlərdə deyilir ki, Amtrak dəmiryolu şirkətinin sərnişin qatarı dekabrın 18-də yeni xəttin inaqurasiyası zamanı Vaşinqton ətrafındakı Dupont yaxınlığında relsdən çıxaraq aşıb.

Qəza zamanı Interstate 5 adlı atma körpüdən bir neçə vaqon aşıb və çox sayda insanın xəsarət almasına səbəb olub.

ABŞ-da sərnişin qatarı qəzaya uğrayıb
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Rəsmi məlumatlarda 6 nəfərin həlak olduğu bildirilir. Ölüm hallarının hamısı qatarın içində baş verib.

Xəsarət alanların sayı haqqında dəqiq məlumat yoxdur.

77 nəfərin xəstəxanalara aparıldığı xəbər verilir. Onlardan dördünün vəziyyəti kritikdir.

Qatar yeni açılmış cənub sürət xətti ilə hərəkət edirdi.

Qəzanın səbəbləri ABŞ Nəqliyyatda Təhlükəsilik Agentliyinin əməkdaşları tərəfindən araşdırılır.

Yeni dəmir yolu xətti istifadəyə verilməzdən əvvəl həftələrlə sınaqdan çıxarılmışdı.

XS
SM
MD
LG