Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:02

“Sərxoş azarkeşlər üçün nəzakətli məhkəmələr”


Foto arxivdəndir
Foto arxivdəndir

Qətər hökuməti bildirib ki, 2022-ci ilin Dünya Çempionatı günlərində “alkoqol istehlak etmiş” azarkeşlər üçün çox çevik və “çox nəzakətli” məhkəmələr yaradılacaq

Qətər hökuməti bildirib ki, 2022-ci ilin Dünya Çempionatı günlərində “alkoqol istehlak etmiş” azarkeşlər üçün çox çevik və “çox nəzakətli” məhkəmələr yaradılacaq.

Müsəlman ölkəsi olan Qətərdə ictimai yerlərdə spirtli işkilərin qəbulu qadağandır.

Buna baxmayaraq, müstəsna olaraq çempionat günlərində 500 min əcnəbi azarkeşin alkoqollu içkiləri qəbul edə bilməsi üçün xüsusi yerlər ayrılacaq.

Reuters agentliyi yazır ki, müsəlman ölkəsinin dini qaydaları ilə FİFA dəyərlərinin necə uyğunlaşdırılacağı hələlik bir çox suallar doğurur.

“Mən bilirəm ki, Cənubi Afrikda keçirilən Dünya Kuboku yarışı zamanı buna bənzər xüsusi məhkəmələr yaradılmışdı və biz də indi belə bir məsələni FİFA ilə müzakirə edirik” – deyib Qətər 2022 komitəsinin rəhbəri Hassan Al Thawadi Dohada keçirilən mətbuat konfransında.

2010-cu ili dünya çempionatı zamanı Cənubi Afrikada 56 xüsusi məhkəmə yaradılmışdı. Bu məhkəmələr futbol azarkeşləri ilə bağlı insidentlərin, şübhəlilər və ya şahidlər ölkəni tərk etməmiş araşdırılması ilə məşğul olmalı idi.

Cənubi Afrikada belə məhkəmələrin əksər hökmləri pul cərimələri şəklində verilirdi.

Reuters yazır ki, belə məhkəmələrin Qətərdə də qurulması mümkündür, hərçənd bu ölkədənarkotik maddələrlə bağlı insidentlər həbsxana cəzası ilə nəticələnir.

O məsələ problem deyil…

Qətər qonşu Səudiyyə və Küveyt kimi “quru” olmasa da, burada spirtli içkilərin qəbuluna yalnız elit otellərdə icazə verilir.

Qətərdə ictimai yerlərdə sərxoşluq və ya ölkəyə spirtli içkilərin gətirilməsi qadağandır.

Biz müxtəlif yerlərdən çox qonaqlar qəbul etmişik və o məsələ (içki məsələsi) bizdə heç vaxt böyük problem yaratmayıb

Thawadi deyib ki, “sərxoş azarkeşlər barəsində, onların davranışından asılı olaraq çox nəzakətlə tədbir görüləcək”.

Reuters yazır ki, alkoqollu içkilərin qəbuluna, yəqin ki, Qətərin əksəriyyəti gənclər olan əhalisi tərəfindən o qədər də əhəmiyyət verilməyəcək, deyib Thawadi.

“Biz bütün dünyanı salamlayırıq. Biz müxtəlif yerlərdən çox qonaqlar qəbul etmişik və o məsələ (içki məsələsi) bizdə heç vaxt böyük problem yaratmayıb” – deyib komitə sədri.

FIFA bildirib ki, pivə istehsal edən Anheuser-Busch InBev şirkəti də daxil, bütün sponsorların hüquqları qorunacaq.

Braziliyada keçirilən dünya çempionatında hökumət əvvəlcə alkoqollu içkilərin matç yerlərində satışını qadağan etsə də, sonradan FİFA-nın təzyiqi altında qadağanı ləğv etmişdi.

XS
SM
MD
LG