Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:35

Yağışlı, qarlı günlərin davam edəcəyi gözlənir


Yardımlı rayonu, 20 aprel 2019

Aprelin 21-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Gecə 1-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.

Son günlər fasilələrlə Bakıda, bir sıra bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağmağdadır.

Multimedia

XS
SM
MD
LG