Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 15:16

“Qarabağ”–“Şerif” oyununu belaruslu hakimlər idarə edəcək


İllüstrasiya

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ”–“Şerif” oyununun təyinatları açıqlanıb.

Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Sergey Tsinkeviç olacaq. Ona yan xəttlərdə Yevgeni Romanov və Vitali Malyutin kömək edcəcək. Dördüncü hakim funksiyasını Viktor Şumusik yerinə yetirəcək. Hakimlərin işinə bolqarıstanlı İçko Lozev qiymət verəcək. Matçın UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov olacaq,

İyulun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Bundan əvvəl, Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Gürcüstanın “Samtredia” klubunu yarışdan kənarlaşdırıb. “Qarabağ” rəqibin qapısından Bakıda 5, səfərdə isə 1 cavabsız top keçirib.

Buna da bax: Futbol klubları niyə dağılır?

Futbol klubları niyə dağılır?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG