Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:20

“Qarabağ”-“Kopenhagen”qarşılaşmasının vaxtı açıqlanıb


İllüstrasiya "Qarabağ"ın İnter (Milan) ilə oyunu, 2014

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunların başlama saatı açıqlanıb.

Azərbaycan çempionu “Qarabağ”la “Kopenhagen” arasında avqustun 15-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş 20:00-da start götürəcək.

Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-ü Danimarkada keçiriləcək.

UEFA Çempionlar Liqasının II və III təsnifat mərhələsində Ağdam təmsilçisi Moldovanın "Şerif"və Gürcüstanın “Samtredia” klublarını üstələyib.

“Qarabağ” “Kopenhagen” “səddi”ni də aşa bilsə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Avropanın ən titullu klubları ilə üz-üzə gələcək.

Buna da bax: Danimarka mətbuatı 'Qarabağ'dan nə yazır?

Günün bütün mövzuları

XS
SM
MD
LG