Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 17:24

Qarabağla bağlı Hamburq görüşü baş tutmaya bilər


Azərbaycan və Ermənistan xarici işlər nazirləri, Moskva 4 avqust 2016

Hələlik Ermənistan gələn həftə ATƏT Xarici İşlər Nazirləri Şurası (XNİŞ) çərçivəsində Hamburqda keçirilməsi nəzərdə tutulan 2+3 formatında (Azərbaycan və Ermənistan XİN rəhbərləri və həmsədr ölkələrin XİN rəhbərləri) görüşdə iştirakını təsdiqləməyib.

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçridiyi mətbuat konfransında bildirib.

“Dünən bu məsələ ilə bağlı ATƏT-in xüsusi nümayəndəsi Anjey Kaspşiklə danışdım, ancaq o, aydın cavab vermədi (Ermənistanın iştirakı ilə bağlı)”, - E.Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan istənilən formatda Ermənistanla ünsiyyətə hazırdır.

Nazir qeyd edib ki, danışıqlar prosesində müəyyən sakitlik var.

“Sankt-Peterburq görüşündən sonra biz danışıqlar prosesində müəyyən canlanmanın olacağını gözləyirdik”, - o vurğulayıb.

Lakin onun fikrincə, Ermənistan hər vəchlə danışıqlardan yayınır.

Qoşunların təmas xəttində gərginliyə toxunan nazir deyib ki, əsas məsələ erməni qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasıdır.

ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi təklifinə gəlincə, nazirin sözlərinə görə, Azərbaycan buna razıdır.

Lakin o qeyd edib ki, bu, münaqişənin həllində əsas deyil. “Əsas məsələ Ermənistan qoşunlarının işğal etdiyi torpaqlardan çıxmasıdır”, - E.Məmmədyarov vurğulayıb.

Bu mövqeyi M.Çavuşoğlu da təsdiqləyib. O, ATƏT-in Minsk Qrupunun fəallaşmasının vacibliyini bildirib.

XS
SM
MD
LG