Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Separatçılar Qarabağı sülhməramlılarla birlikdə qorumaq istəyirlər


Separatçıların qurduğu post (Arxiv fotosu)
Separatçıların qurduğu post (Arxiv fotosu)

“Artsaxın (Qarabağ-red) silahlı qüvvələrdən imtina etmək niyyəti yoxdur”.

Bunu avqustun 10-da AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində separatçı rejimin parlamenti kimi təqdim olunan qurumun nümayəndəsi Seyran Ayrapetyan deyib.

Bakı Qarabağdakı erməni silahlı birləşmələrinin oradan çıxarılmasını tələb edir. Bu tələbi son dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

Lakin Ayrapetyan bildirib ki, separatçıların belə bir niyyəti yoxdur:

“Özünümüdafiə ordusundan imtina satqınlığa bərabərdir. Özünümüdafiə ordusundan imtina Artsax (Qaraba-red) xalqı üçün yeni 1915-ci il ola bilər...Çünki Azərbaycan bununla kifayətlənməyəcək”.

Separatçı lider səfərbərliyi ləğv edib

Ermənistan hökumətinin son müşavirəsində baş nazir Nikol Paşinyan əvvəlcə demişdi ki, Qarabağda Ermənistanın hərbi qulluqçuları yoxdur.

O habelə Azərbaycan tərəfinin separatçı Qarabağ özünümüdafiə ordusunun çıxarılması tələbinə münasibət bildirmişdi:

“Əgər Rusiyanın sülhməramlı qruplaşması və Azərbaycan təmas xəttinin toxunulmazlığına qarantiya verirlərsə, özünümüdafiə ordusunun döyüş keşiyi çəkməsinə ehtiyac qalmayacaq. Belə bir ehtiyac Azərbaycanın sülhməramlıların mandatını imzalamaqdan imtina etməsi, 2020-ci il, 9 noyabr üçtərəfli bəyanatənın bütün hərbi əməliyyatların dayandırılması da daxil bütün müddəalarını davamlı pozması ilə bağlı yaranıb”.

Seyran Ayrapetyanın sözlərinə görə belə bir qarantiya verilsə yaxşı olardı, amma o bunun tam əksinə inanır:

“Sülhməramlılar kontingenti hazırkı sayı ilə müvafiq sərhəd boyunca döyüş keşiyi çəkmək iqtidarında deyil. Əgər kimdəsə Azərbaycanın dəyişdiyinə və sülhə doğru getdiyinə dair xülya varsa, deyim ki, bu, belə deyil. Biz öz müdafiəmizi sülhməramlıların dəstəyi ilə özümüz təşkil etməliyik”.

Azatutyun yazır ki, Qarabağda elan edilmiş qismən səfərbərlik 7 gün davam edib. “Dağlıq Qarabağın prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan bu barədə müvafiq sənədi avqustun 3-də iki erməni əsgərin ölməsindən və iyirmiyədək erməni hərbi qulluqçuunun yaralanmasından sonra imzalamışdı.

Azatutyunun yazdığına görə Arutyunyan avqustun 10-da səfərbərliyi ləğv edib.

10 noyabr atəşkəs sənədinin təzadlı ifadələri
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG