Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:32

Müxalifət Paşinyanı Laçına görə tənqid edir


Laçın dəhlizinə alternativ yol
Laçın dəhlizinə alternativ yol

Ermənistanın Milli Məclisində keçmiş prezident Robert Koçaryanın müxalif Hayastan fraksiyası az əvvəl Laçın dəhlizində baş vermiş hadisələrlə bağlı baş nazir Nikol Paşinyanın hökumətini tənqid edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə müxalifət iddia edir ki, iqtidar yenə də “xalqdan xəbərsiz” əldə olunmuş razılaşmalarla hərəkət edir.

Müxalifət deputatları deyirlər ki, Laçın dəhlizindəki ermənilərə oradan çıxmaları üçün avqustun 25-dək vaxt verilməsi də bunun sübutudur.

Müxalifət iddia edir ki, Türkiyə-Azərbaycanın maraqlarına oynayan Paşinyan hökuməti ermənilərin Qarabağdan tamamilə çıxarılması planına xidmət edir.

Hayastan fraksiyası bununla əlaqədar ümummilli birliyə çağırıb və bildirib ki, “məqlubiyyət təkərinin dayandırılması” üçün yeganə yol hakimiyyətin əvəzlənməsidir.

Müxalifət deputatı Geğam Manukyanın sözlərinə görə Nikol Paşinyanın hökuməti ardıcıl olaraq 10 noyabr üçtərəfli bəyanatının Azərbaycana sərf edən bəndlərini icra edir və eyni zamanda əsirlikdə olan ermənilərin azad olunması üçün heç nə etmir:

“Ermənistan hakimiyyəti Artsax (Qarabağ-red) Respublikasından, Artsax (Qarabağ-red) ermənilərindən, Artsaxın (Qarabağ-red) təhlükəsizliyindən əlini üzüb. 2021-ci ildə Milli Məclisə təqdim olunmuş hökumət proqramında və hakim Vətəndaş Müqaviləsi partiyasının seçkiqabağı proqramında deyilirdi ki, Artsax (Qarabağ-red) Respublikası ermənilərinin təhlükəsizliyinin qarantı Ermənistan Respublikasıdır. Amma bugün Ermənistan bu məsələlərdə yaxasını kənara çəkir və Artsax (Qarabağ-red) və Artsax (Qarabağ-red) ermənilərini danışıqlı və ya danışqısız proseslərdə tək qoyur”.

“Gənc türklərlə koalisiya”

Lakin hakim partiyadan millət vəkili Vaaqn Aleksanyan deyib ki, Hayastan fraksiyasının bəyanatı əslində “Azərbaycanın siyasət və informasiya meydanında Ermənistana qarşı təcavüzünün” davamıdır:

“Birincisi, mən çox təəccüblənmişəm ki, Hayastan fraksiyası nəhayət Laçın dəhlizindən və Azərbaycanın oradakı təcavüzündən söz açıb. Məndə belə bir təəssürat yaranıb ki, onlar bu barədə danışmaq istəmirlər. Həm də nəzərə alaq ki, Laçin dəhlizi 9 nobar bəyanatına əsasən Rusiya sülhməramlılarının tam nəzarətindədir. Amma Hayastan fraksiyası bu barədə nəyə görəsə danışmır”.

İqtidar deputatı deyib ki, Hayastan fraksiyası fürsətçiliklə məşğuldur:

“Elə ki Azərbaycan hansısa təxribata əl atır, razılaşmaların hansısa bəndi pozulur, yalnız bundan sonra Haysatan fraksiyası Ermənistan hakimiyyətini tənqid edir. Bilmirəm bəlkə də onlar indiyədək xiffət çəkirlər və xəyal edirlər ki, gənc türklərlə hələ də koalisya əlaqələri var”.

Xankəndi Azərbaycanın əldə etdiyi yeni ərazilər barədə açıqlama vermir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG