Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:19

Qarabağ Komitəsi yenə mitinq keçirmək istəyir


Qarabağ Komitəsinin mitinqi

Qarabağ Komitəsi yenidən mitinq keçirmək qərarına gəlib.

Bununla bağlı Komitənin məlumatında bildirilir.

Məlumata görə, qərar qurumun bu gün, noyabrın 28-də keçirilmiş toplantısında verilib.

Mitinqin dekabrın 15-də keçirilməsi planlaşdırılır.

Aksiyanın əsas şüarlarının "Qarabağa azadlıq!", "İşğala son!" olacağı bildirilir.

Təşkilatçılar mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərəcəklər.

Bu Komitənin bu ilin sentyabrında Qarabağ münaqişəsinin tənzimlənməsinin gündəmdə saxlanılması məqsədilə yaradıldığı açıqlanıb. Komitə bundan əvvəl sentyabrın 29-da Bakıda “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirib.

Qurum noyabrın 24-nə planlaşdırılan növbəti aksiyasını isə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdıra bilməmişdi. Komitə buna görə, icra hakimiyyətini məhkəməyə verib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiları ilə başlayıb. 1994-cü ildə iki ölkə arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG