Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 06:06

Vaxtilə Laçında məskunlaşdırılmış erməni sakinlər indi hökumətdən ev tələb edirlər


Erməni sakinlər Yerevanda hökumət evinin qarşısında etiraz aksiyası keçirirlər
Erməni sakinlər Yerevanda hökumət evinin qarşısında etiraz aksiyası keçirirlər

Mənbə yazır ki, vaxtilə Azərbaycanın Laçın rayonu ərazisində xüsusi məskunlaşma proqramı çərçivəsində ümumilikdə Yerevan və Ermənistanın müxtəlif regionlarından 10 minədək adam məskunlaşdırılıbmış.Onlar əsasən əkinçilik və heyvandarlıqla məşğul imişlər.

Ermənistan hökuməti iyulun 15-i axşam saatlarında 1-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın Laçın rayonunda məskunlaşmış erməni sakinləri qəbul edib.

Onları baş nazirin müavini Mqer Qriqoryan qəbul edib.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, onlar bir həftə əvvəl hökumət evinin qarşısında etiraz aksiyası keçirmişdilər.

Qeyd edək ki, vaxtilə xüsusi məskunlaşma proqramı çərçivəsində Ermənistandan Laçına köçürülmüş bu şəxslər, 44 günlük son Qarabağ savaşından sonra yenidən Ermənistana dönüblər və vaxtaşırı paytaxt Yerevanda etiraz aksiyaları keçirirlər.

Aksiyaçılar onlara ya kompensasiya, ya da Qarabağda yox, Ermənistanda-90-cı illərdə köçdükləri yaşayış məntəqələrində ev verilməsini tələb edirlər.

Aksiyaçıların sözlərinə görə hökumət onlara bir həftə-10 gün içində konkret cavab verməlidir.

Mənbənin yazdığına görə, hökumət hazırda bu şəxslərə 20 min dollar civarında yardım verilməsinin mümkünlüyünə baxır.

Bu vəsait yalnız ev almaq üçün nəzərdə tutulur.

Mənbə yazır ki, vaxtilə Azərbaycanın Laçın rayonu ərazisində xüsusi məskunlaşma proqramı çərçivəsində ümumilikdə Yerevan və Ermənistanın müxtəlif regionlarından 10 minədək adam məskunlaşdırılıbmış.

Onlar əsasən əkinçilik və heyvandarlıqla məşğul imişlər.

İndi müvəqqəti sığınacaqlar və internatlarda məskunlaşmış bu insanlar yenə də eyni şeylə məşğul olmaq istəyirlər.

“Yerevanda nə işimiz var? Bizə torpaq sahəsi olan ev lazımdır ki, əkib yaşaya bilək, əkib-bicməyə öyrəşmişik", deyə Armen Çomoyan adlı sakin deyir.

İndi sakinlər ümid edirlər ki, hökumət bu dəfə məsələnin həllini yubatmayacaq ,nəsə bir qərar çıxaracaq.

Xatırlatma.

2020-ci il sentyabrın 27-də başlayan son Qarabağ müharibəsi,həmin il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış atəşkəs razılaşması ilə sona yetdi.
Azərbaycan bu müddət ərzində Şuşa şəhəri və Hadrud qəsəbəsi də daxil olmaqla təxminən 30 ilə yaxın Ermənistanın işğalında olan bütün ərazilərini geri qaytarıb.

Qarabağda erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusu arasınd isə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.

XS
SM
MD
LG